Tarix : 2023 Sep 16
Kod 63950

Əmir Abdulahiyan: İranın maraqlarını Şərq və Qərblə bağlamayacağıq

““Nə Şərq, nə Qərb” sadəcə bir şüar deyil, konstitusiyamızın və inancımızın bir hissəsidir. Ona görə də ölkəmizin maraqlarını Çinə, Amerikaya, Rusiyaya, Avropaya bağlamayacağıq. Amma biz Şərqdə və Qərbdə milli maraqlarımızı təmin edən istənilən ölkə ilə qarşılıqlı hörmət çərçivəsində əməkdaşlıq edirik.”
arannews:irna-Hüseyn #Əmir_Abdullahiyan cümə axşamı “Qürbətdəki Mücahidlər” 8-ci beynəlxalq konfransında İranın aktivlərinin sərbəst buraxılmasına toxunaraq deyib: “Sanksiyalara baxmayaraq SWIFT çərçivəsində beynəlxalq bank əməliyyatlarının rəsmi məkanına 6 milyard avro köçürülür. Şərtə və bağladığımız razılaşmaya görə, biz bu pulu ehtiyacımıza uyğun istifadə edə bilərik.”
O, ikili təyinatlı malların bu çərçivəyə daxil edilməyəcəyini və sanksiyaya məruz qalmayan mallara aid olmasına işarə edərək deyib: “Qida qarşısında neft kimi mövqenin izzətli diplomatiyada yeri yoxdur və əsas odur ki, bütün sanksiyalara baxmayaraq, bu məbləğdə pul SWIFT çərçivəsində köçürülür.”

Xarici İşlər naziri ölkənin əsas yanaşmasının sanksiyaları neytrallaşdırmaq cəhdi olduğunu bildirərək deyib ki, bu, qəddar və birtərəfli sanksiyaları ləğv etməyə çalışmamaq demək deyil. Bizim yanaşmamız diplomatiya yolu ilə sanksiyanı ləğv etməkdir. Danışıqlar bizim yollarımızdan biridir. Amma Ali Məqamlı Rəhbərin və Prezidentin vurğuladığı, qırmızı xətləri keçməmək və milli maraqların tələb etdiyi hər yerdə olmaqdır, beləliklə, izzətli diplomatiya yolu ilə xalqın ayrılmaz hüquqları reallaşsın. 

Bütün Avropanın səs-küy salan bir neçə ölkə olmadığını bildirən Əmir Abdullahiyan deyib: “Son iki ildə bir neçə Avropa şirkəti İrana investisiya qoyub. Bu bir neçə ölkənin rəsmiləri ilə əlaqə saxlayaraq onların böyük, sivil və mədəni İran xalqına hörmət etməli olduğunu vurğuladım. Hörmət dili hər iki tərəfin mənafeyinə xidmət edir, amma son illərin yanaşması ziyandan başqa bir şey gətirməyib.”

Xarici İşlər naziri #İran İslam Respublikasını nə Şərqə, nə də Qərbə bağlamdıqlarını bəyan edərək deyib: “Ölkənin müstəqillik yolunda hökumətin müqavimət yanaşması davam edir. “Nə Şərq, nə Qərb” sadəcə şüar deyil, bizim konstitusiyamızın və inancımızın bir hissəsidir. Ölkənin maraqlarını Çinə, Amerikaya, Rusiyaya, Avropaya bağlamayacağıq, amma dünyanın şərqində və qərbində milli maraqları təmin edən hər bir ölkə ilə qarşılıqlı hörmət çərçivəsində əməkdaşlıq edirik.”

 

  • Yazılıb
  • da (də) 2023 Sep 16
  • Göndərən رضا رستمی
Açar sözlər