Tarix : 2023 Sep 16
Kod 63951

Fuad Hüseyn: İran Prezidenti ilə görüşdə İraqın təhlükəsizlik sazişinə sadiqliyini vurğuladım

İraq Baş nazirinin müavini və Xarici İşlər naziri Fuad Hüseyn deyib: “İran Prezidenti ilə görüşdə İraqın iki ölkə arasında təhlükəsizlik razılaşmasına sadiqliyi vurğulandı.”
arannews:irna-İraq Xarici İşlər Nazirliyi bu ölkənin Xarici İşlər naziri Fuad Hüseynə istinadən verdiyi bəyanatda bildirib: “İran İslam Respublikası Prezidenti Ayətullah Seyid İbrahim Rəisi ilə ötən çərşənbə günü Tehranda baş tutan görüşdə təhlükəsizlik sazişi, onun tam icrası və İraq Kürdüstanında İraq və İran sərhədlərində silahlı qrupların tərksilah edilməsi müzakirə olunub.

Bu görüşdə iki qonşu ölkə arasında ikitərəfli əlaqələrin gücləndirilməsinin vacibliyi də müzakirə edilib. (İraq) Xarici İşlər naziri hər iki ölkənin maraqlarını təmin etmək üçün İran İslam Respublikası ilə daha çox əməkdaşlığa ümid etdiyini bildirib.

Bu görüşdə regionun siyasi və təhlükəsizlik vəziyyəti, böhranların həllində və aralarındakı yaranan problemlərlə qarşılaşmada region ölkələrinin rolu haqda da fikir mübadiləsi aparılıb. Həmçinin regionun üzləşdiyi gərginlik və böhranların azaldılması üçün koordinasiyalı səylərin vacibliyi, regiona təhlükəsizlik və sabitliyin qaytarılması üçün dialoq dilinin prioritetləşdirilməsi vurğulanıb.”

İraq XİN-nin bəyanatında qeyd olunur ki, görüşdə Seyid İbrahim Rəisi İraqın İran üçün hörmətli və mühüm tərəfdaşı adlandıraraq, Tehranın müxtəlif sahələrdə Bağdadla ən yaxşı münasibətlərdə maraqlı olduğunu bəyan edib.

İran İslam Respublikası Prezidenti İran-İraq münasibətlərinin iki qonşu xalqı birləşdirən müxtəlif səviyyələrdə tarixi əlaqələrə malik olduğunu bildirərək İranın İraqın təhlükəsizliyi, sabitliyi və birliyini dəstəklədiyini vurğulayıb.

Sonda Seyid İbrahim Rəisi müqəddəs Kərbəlaya möhtəşəm Ərbəin yürüşünün təşkilinə, eləcə də İmam Hüseyn (ə) zəvvarlarını səmimi qarşılamasına görə İraq hökuməti və xalqına təşəkkür edib.

  • Yazılıb
  • da (də) 2023 Sep 16
  • Göndərən رضا رستمی
Açar sözlər