Ölkəmizin Baş prokuroru Bakıda keçirilən İƏT-ə üzv ölkələrin baş prokurorlarının dördüncü iclası çərçivəsində Rusiya və Türkiyənin baş prokurorları ilə ayrı-ayrılıqda görüşüb.
arannews:irna- İran İslam Respublikasının Bakıdakı səfirliyinə istinadən verdiyi xəbərə görə, İƏT-ə üzv ölkələrin baş prokurorlarının dördüncü iclasında iştirak etmək üçün Bakıda səfərdə olan ölkəmizin Baş prokuroru höccətül-islam vəl-müslimin Məhəmməd Müvəhhidi Azad cümə günü günortadan əvvəl Rusiya və Türkiyənin baş prokurorları ilə ayrı-ayrılıqda görüşüb, ikitərəfli hüquq və məhkəmə əməkdaşlığının inkişafı məsələlərini müzakirə edib.