Tarix : 2023 Sep 17
Kod 63955

Kənani: Qərblilərin qeyri-konstruktiv davranışlarının davam etməsi heç də onların xeyrinə deyil

Xarici İşlər Nazirliyinin mətbuat katibi Avropadakı bəzi ölkələrin və Amerika rejiminin qeyri-qanuni və qeyri-diplomatik hərəkətlərini pisləyərək deyib: “Avropalı siyasətçilər tez bir zamanda bu həqiqəti qəbul etməlidirlər ki, bu qeyri-konstruktiv davranışların davam etdirilməsi heç də onların mənafeyinə uyğun deyil.”

 

arannews:irna- dünən axşam Nasir Kənani, Avropanın bir neçə ölkəsinin və Amerika rejiminin müdaxilə xarakterli bəyanatlar verməklə yanaşı, bəzi İran rəsmilərinə, xəbər agentliklərinə və onların məsul rəhbərlərinə qarşı sanksiyaların elan edilməsi ilə müşayiət olunan bugünkü hərəkətlərinə münasibət bildirərək deyib: “Təəssüflər olsun ki, insan və qadın hüquqları məsələsində tamamilə qaranlıq tarixi və uğursuz keçmişi olan bəzi tərəflər, koordinasiyalı bir hərəkətlə və İran İslam Respublikasında fitnə yaratmaq məqsədilə nəticəsiz cəhdlə, dəyərsiz siyasi bəyanatlar verir, təkrar və səmərəsiz sanksiyalar təbilini döyürlər.”
Mətbuat katibi bu müdaxilə xarakterli hərəkətləri, gülünc və riyakar şouları pisləyərək vurğulayıb: “Vətəndaşlarına, xüsusən də qadınlara, eləcə də azlıqlara, rəngli insanlara, yerlilərə və immiqrantlara qarşı davamlı olaraq ən şiddətli zorakılığı törədən ölkələr və uşaq qatili olan sionist rejimin gündəlik cinayətlərinə qarşı heç vaxt buna etiraz etməyə, onu qınamağa cəsarəti olmayan ölkələrin İran xalqı üçün timsah göz yaşları tökməyə haqqı yoxdur.”

Kənani qeyd edib ki, bu ölkələrin əlləri İran və İraqın minlərlə günahsız insanının qanına bulaşmış münafiqlərin terrorçu sektası kimi mənfur və cinayətkar şəxsiyyət və qruplara ev sahibliyi etməsi, onları aksiyalara dəvət etməsi və tribuna verməsi İran xalqının hüquqlarını dəstəkləmək kimi iddialarının yalan olduğunu göstərir.

Kənani bu rejimlərin qeyri-qanuni və qeyri-diplomatik hərəkətlərini pisləyərək bildirib: “Avropalı siyasətçilər tez bir zamanda bu qeyri-konstruktiv davranışların davam etdirilməsinin heç də onların mənafeyinə uyğun olmadığını qəbul etməlidirlər, böyük və sivil İran xalqına, İran İslam Respublikasının milli suverenliyinə, tərəflərin təhlükəsizliyi və ortaq maraqlarına hörmət əsasında yeni siyasət hazırlayıb həyata keçirməlidirlər. Aydındır ki, İranın bəsirətli xalqı, İran İslam Respublikası hökuməti və təhlükəsizliyə cavabdeh olan qurumlar İran xalqı üçün ümumi təhlükəsizliyin yaradılmasında qərb tərəflərinin təbliğat xarakterli və qərəzli hərəkətlərindən təsirlənməyəcəklər.”
  • Yazılıb
  • da (də) 2023 Sep 17
  • Göndərən رضا رستمی
Açar sözlər