İran İslam Respublikası və Azərbaycan Respublikası xarici işlər nazirləri telefon danışığında ikitərəfli münasibətlərdəki son vəziyyəti və regional məsələləri müzakirə ediblər.
arannews:irna-İran və Azərbaycan xarici işlər nazirləri Hüseyn Əmir Abdullahiyan və Ceyhun Bayramov bu gün günortadan sonra telefon danışığında son regional və ikitərəfli vəziyyəti müzakirə ediblər.
İRNA-nın məlumatına görə, son günlər və həftələr ərzində Azərbaycanla Ermənistan arasında gərginliyin artması ölkənin şimal-qərb sərhədlərində və Cənubi Qafqaz regionunda baş verən ən mühüm hadisədir.
Ötən çərşənbə günü xarici işlər naziri gərginliyi azaltmaq məqsədilə erməni həmkarı Ararat Mirzovyanla telefon danışığı aparıb.
Xarici İşlər Nazirliyinin mətbuat katibi ötən həftə bu hadisələrlə bağlı keçirdiyi mətbuat konfransında həm Azərbaycan, həm də Ermənistan hökuməti ilə davamlı təmaslara toxunaraq bildirib: “Azərbaycan tərəfi hərbi hücuma keçmək niyyətində olmadığı barədə bizə mesaj göndərmişdir.”
Nasir Kənani vurğulayıb: “İran şimal qonşuları ilə sərhədlərinin təhlükəsizliyinə həssas yanaşır və hadisələri ciddi şəkildə izləyir. Ölkənin sərhədləri təhlükəsizdir, lakin Qafqazda baş verən proseslərin əhəmiyyətinə diqqət etməklə, İran məsələni həssaslıq və ciddiliklə izləyir.”