Tarix : 2008 Aug 08
Kod 6396

CƏNUBİ OSETYADA MÜHARİBƏ BAŞLADI

Gürcüstan birliklərinin Cənubi Osetyanın paytaxtı Şinvaliyə qarşı borbardman başlatdığı, borbardmanda 15 nəfərin öldüyü bildirilib
Gürcüstan Servisi/Aran Agentliyi

Gürcüstan, Cənubi Osetyanın paytaxtını borbardman edib. Döyüş təyyarələri səmalarda. Rusiyanın xəbərdarlığı üzərinə BM Təhlükəsizlik Şurası toplanma qərarı alıb.

İslam-Azerinin AA-ya istinadlı xəbərinə görə,
Gürcüstan birliklərinin Cənubi Osetyanın paytaxtı Şinvaliyə qarşı borbardman başlatdığı, borbardmanda 15 nəfərin öldüyü bildirilib.

Şinvalidəki bir Rus telekanalının müxbiri olan Andrei Chistyakov, "15 nəfərin öldüyünü söyləyə bilərəm. Bu şəxslərin cəsədləri evlərinin bağçasında ya da küçələrdədir" deyib.

Gürcüstan İnteqrasiya olunma Naziri Temur Iakobaşvili isə Reutersə verdiyi açıqlamad, Gürcü birliklərinin paytaxtı mühasirəyə aldığını və şəhərə doğru irəlilədiklərini deyib.

Nazir Temur Iakobaşvili, Gürcü birliklərinin ayrıca 5 Oset kəndinin idarəsini ələ keçərdiklərini ifadə edib.

Rusiya xəbər agentlikləri isə Cənub Osetya Dövlət Başçısı Eduard Kokoityin Gürcü hücumunun müvəffəqiyyətsiz olduğunu dediyini bildiriblər.

Rus Interfaks agentliyi isə Gurçu birliklərinin gecə yarısından sonra paytaxta qarşı bir tank hücumu başlatdıqlarını bildirib.

Kokoity Interfaksa verdiyi açıqlamada, ASİ 04.30 radələrində "paytaxtın cənub məhəllələrinə qarşı bir tank hücumu başladığını, şiddətli bir qarşıdurmanın davam etdiyini" önə çəkib.

  • Yazılıb
  • da (də) 2008 Aug 08