Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya, Azərbaycan və Ermənistana Qarabağ məsələsi ilə bağlı dördtərəfli görüş keçirməyi təklif etdiyini açıqlayıb.
arannews:irna- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: “Bizim prioritetimiz əvvəlcədən planlaşdırılan üçtərəfli danışıqların aparılmasıdır. Lakin Türkiyə, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə dördtərəfli görüş təklifi hələ də gündəmdədir.” O, əlavə edib: “Mən atılacaq addımları müzakirə etmək üçün Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyana dördtərəfli görüş təklif etdim.”
Ərdoğan Nyu-Yorka getməzdən əvvəl İstanbulda keçirdiyi mətbuat konfransında yerli mətbuata açıqlamasında deyib ki, bu təkliflə bağlı indiyədək heç bir müsbət və ya mənfi cavab almamışıq.