Tarix : 2023 Sep 19
Kod 63962

Guardian: Məhbusların azad edilməsinə dair razılaşma İranla bağlı diplomatiyanın yeni istiqamətinin əlaməti ola bilər

The Guardian” qəzeti İran və ABŞ arasında məhbusların azad edilməsinə dair razılaşmanı qərb diplomatiyasının Tehran qarşısında yeni istiqamətinin əlaməti kimi qiymətləndirib.
 

 

arannews:irna-“Guardian” İran-Amerika məhbus mübadiləsi razılaşmasına toxunaraq iddia edir: “ABŞ Prezidenti Co Bayden məhbus mübadiləsi ilə risk etmişdir. Buna baxmayaraq ABŞ indi İranın nüvə proqramı ilə bağlı uğur ehtimalını sınaya bilər.”
Təhlildə əlavə olunur: “İki ölkə arasında münasibətlər həmişə dəyişkən olub, müxtəlif istiqamətlərdə, bəzən qarşıdurma bəzən isə gərginliyin azaldılması istiqamətində hərəkət edib.”

Qəzet vurğulayır: “Neçə ay idi ki, Bayden administrasiyasının bir variantı digərindən üstün tutduğu və ya həqiqətən mövcud vəziyyəti saxlamağa üstünlük verib-vermədiyi bəlli deyildi.”

Təhlildə iddia olunur: “Lakin ABŞ sanksiyaları səbəbiylə Cənubi Koreyanın bank hesabında bloklanan İranın neft gəlirlərindən 6 milyard dolları sərbəst buraxmağa qərar verməkdə, ABŞ prezidenti həbsdə olan bu beş amerikalının azad edilməsinə üstünlük verdi. Halbuki, onlardan bəziləri on il idi ki, həbsdə idi. Bu qərar, onların azad edilməsini istəyən ictimai kampaniyalara hörmətlə yanaşmaqla yanaşı, qərb diplomatiyasında İrana qarşı yeni istiqamətə də işarə ola bilər.”

Guardian qeyd edib ki, bu qərarla Bayden iki riskə getmişdir: o, son razılaşmanın hökuməti daha çox girov götürməyə təşviq etdiyini iddia edən respublikaçılar tərəfindən tənqid edilir; ikinci qrup isə İranla qarşılaşmağın yeganə məqbul strategiya olduğunu iddia edənlərdir. Belə yanaşma ABŞ-ın keçmiş prezidenti Donald Trampın 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxmasından sonra mövcud olmuşdur.

Guardian təhlilinin digər hissəsində bildirir: “İran Prezidentinin müşavirləri deyirlər ki, Nyu-Yorkda və BMT-nin Baş Assambleyasının iclası çərçivəsində bu ölkə ABŞ-a təzyiq göstərəcək ki, məhbus mübadiləsinin regionda daha geniş deeskalasiyaya gətirib çıxara bilib-bilməyəcəyini dəyərləndirsinlər. Bu prosesə başlamaq üçün bariz yer Yəmən olacaq.”
  • Yazılıb
  • da (də) 2023 Sep 19
  • Göndərən رضا رستمی