Ərdəbil valisi deyib: İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin turizm nazirlərinin iclası bu ilin oktyabr ayında Ərdəbildə keçiriləcək.
arannews:Seyid Hamid Amili bazar ertəsi Ərdəbildə İƏT nazirlərinin koordinasiya iclası çərçivəsində İRNA müxbirinə verdiyi müsahibədə deyib: May ayında bu əyalətdə səfirlərin iclasının keçirilməsi ilə başlayan Ərdəbil 2023 tədbiri indiyə qədər yaxşı nəticələr verib. O, bu tədbirin məqsədlərindən biri kimi əyalətin turizm infrastrukturuna sərmayə qoymağı qeyd edib və Ərdəbildə çinli turistlərin olmasına toxunaraq deyib: Çinlilər turizm sektorunun standartlarını araşdırırlar və bizim turizm komplekslərimiz bununla bağlı Çin tərəfi ilə fikir mübadiləsi aparmalıdır.
Ərdəbil valisi əyalətdəki Səreyn xizək pisti kimi beynəlxalq imkanlara toxunaraq davam etdi: Ərdəbil 2023 tədbirinin keçmiş proqramlarında xarici qonaqlar belə yüksək keyfiyyətli xizək kurortunun olmasına heyran qalmışdılar.
Amili əlavə etdi: İndiyədək vətəndaşları Ərdəbilə gəlməmiş ölkələrdən turistlərin gəlişi sevindirici hadisədir. Bu da, Ərdəbil 2023 tədbirinin təşkilinin nəticəsidir.
Ərdəbil valisi diqqətə çatdırıb: Bu dövrdə müxtəlif ölkələrin televiziya kanallarından Ərdəbilin adı və potensiallarının tanıtdırılması və virtual aləmdə Ərdəbilin imkanları və turizm bölgələrini tanıtmaq üçün məzmun istehsalı xeyli artmışdır.
Hökumətin Ərdəbil əyaləti üzrə yüksək səlahiyyətli məmuru sözünə davam edib: İƏT üzv ölkələrin turizm nazirlərinin Ərdəbildə keçiriləcək görüşü, Ərdəbil 2023 tədbirinin gələcək planlarından biridir və bu görüş Ərdəbilin potensiallarını yenidən tanıtdırmaq üçün gözəl fürsət olacaqdır.