Xarici İşlər Nazirliyinin sözçüsü Qarabağ bölgəsində baş verən hadisələrə münasibət bildirərkən, regionda münaqişələrin kəskinləşməsindən narahatlığını ifadə edərək, tərəflərdən atəşkəs razılaşmasının şərtlərinə əməl etməyi və münaqişənin dialoq yolu ilə həll olunmasını istəyib.
arannews:irna- Nasir Kənani çərşənbə axşamı gecəsi Qarabağ bölgəsində bu gün baş verən hadisələrə münasibət bildirərkən regionda münaqişələrin şiddətlənməsindən narahatlığını ifadə edərək, bütün tərəflərdən atəşkəs razılaşmasının şərtlərinə əməl etməyi və məsələləri dialoq yolu ilə həll etməyi istəyib.
Xarici İşlər Nazirliyinin sözçüsü ölkəmizin bu münaqişə ilə bağlı prinsipial mövqelərini bir daha vurğulayaraq əlavə edib: İran İslam Respublikası Qarabağı Azərbaycan Respublikasının bir hissəsi sayır və hesab edir ki, oranın problemləri, o cümlədən sakinlərinin hüquq və təhlükəsizliyi, bu çərçivədə və dialoq yolu ilə həll edilməlidir.
Kənani bir daha region ölkələrinin mübahisələrin sülh yolu ilə həllinə yardımçı olmaq rolunu vurğuladı və İran İslam Respublikasının bununla bağlı 3+3 iclasını keçirməyə hazır olduğunu xatırladıb.