Tarix : 2023 Sep 20
Kod 63966

Rəisi: Sionistlərin məzlum fələstinlilərə qarşı zülmünün yəhudi dini ilə heç bir əlaqəsi yoxdur

Prezident ilahi dinlərə inanan heç bir kəsin zülmkar ola bilməyəcəyini vurğulayaraq sionist rejimin məzlum fələstinlilərə qarşı zülmünün yəhudi dini heç bir əlaqəsinin olmadığını bildirib. O deyib: “Yəhudilərin inancları və müqəddəs kitabı var və zülm etmək üçün heç bir icazə vermirlər.”
 

 

arannews:irna- Ayətullah Seyid İbrahim Rəisi Nyu-York səfərinin ikinci gününün birinci proqramında bir qrup dini rəhbərlə görüşüb.
Bu görüşdə Prezident ilahi dinlərin ortaq məqamlarına, Allaha ibadət, bəşər cəmiyyətində ədalətin həyata keçirilməsinə çağırışı və zülmkarlığa qarşı mübarizəni peyğəmbərlərin insan hidayətçiləri kimi əsas missiyası və bütün ilahi dinlərin ortaq nöqtəsi adlandırıb.

İlahi dinə inanan heç bir kəsin zülmkar ola bilməyəcəyini bəyan edən Ayətullah Rəisi sionist rejimin məzlum fələstinlilərə qarşı zülmünün yəhudiliklə əlaqəsi olmadığını vurğulayaraq deyib: “Yəhudilərin inancları və müqəddəs kitabı var və zülm etmək üçün heç bir icazə vermirlər.”

Prezident ədalətin genişlənməsində, zülm və ayrı-seçkiliklə mübarizədə dini liderlərin rolunun vacibliyini vurğulayaraq deyib: “Biz həmişə dinlərarası dialoqu alqışlamışıq və inanırıq ki, dinlərarası dialoq ortaq məqamların aydınlaşdırılmasında və onlardan daha yaxşı həyat naminə istifadə olunmasında böyük köməklik göstərəcək.”

Ayətullah_Rəisi dini liderlər qarşısında çıxışının digər hissəsində Fələstin məsələsinin həlli və məzlum Fələstin xalqına qarşı 70 ildən artıq davam edən zülm, işğal, qətl və dağıntılara son qoyulmasının yolunu müsəlmanlar, xristianlar və yəhudilər də daxil olmaqla, bütün fələstinlilərin ümumi fikirlərinə müraciət etmək olduğunu bildirərək deyib: “İslam İnqilabının müdrik rəhbərinin fələstinlilər arasında onların taleyinin müəyyən edilməsi və hökumət növünün seçilməsi üçün referendum keçirmək təşəbbüsü BMT-də də qeydə alınmışdır və bu, Fələstin böhranının həlli üçün ədalətli bir yoldur.”
  • Yazılıb
  • da (də) 2023 Sep 20
  • Göndərən رضا رستمی
Açar sözlər