MAQATE-nin rəhbəri Məhəmməd Əlbəradeinin nüvə məsələləri üzrə müavininin İranın Atom Enerji Şirkətinin rəsmiləri ilə texniki müzakirələri qanuni və hüquqi məsələlər formatında araşdırılacaq
İran servisi/Aran Agentliyi
Cümə axşamı günü Tehranda Atom Enerjisi üzrə beynəlxalq agentliyin İranın Atom Enerji Şirkətinin məsul rəsmiləri ilə texniki heyətlərinin müzakirələrinə başlanıb və bu müzakirələr cümə gününədək davam edəcək. İranın Atom Enerji Şirkətinin beynəlxalq məsələləri üzrə müavini Məhəmməd Səidi beynəlxalq "Xəbər" telekanalının internet saytı ilə müsahibədə deyib: MAQATE-nin rəhbəri Məhəmməd Əlbəradeinin nüvə məsələləri üzrə müavininin İranın Atom Enerji Şirkətinin rəsmiləri ilə texniki müzakirələri qanuni və hüquqi məsələlər formatında araşdırılacaq.
Məhəmməd Səidinin sözlərinə görə, cari əməkdaşlıq prosesi və MAQATE-nin İranla əlaqələri müzakirələrin əsasını təşkil edir.
O sonra deyib: Ümidvarıq ki, bu danışıqların sayəsində tərəflər aydın bir anlaşmaya çata bilərlər.
Əlbəradeinin müavini Olli Xenyonen cümə axşamı günü səhərçağı Tehrana daxil olub.