Tarix : 2023 Sep 21
Kod 63972

Səddamı İrana hücum etməyə ruhlandıran Amerika idi

İslam İnqilabın Ali Rəhbəri Müqəddəs Müdafiə hadisəsinin İnqilab tarixində görkəmli və mühüm məqam olduğuna işarə edərək deyib: “Müqəddəs Müdafiə müqavimət sərhədini genişləndirdi. Biz coğrafi sərhədləri genişləndirmək ardınca deyildik. Müqavimət adını dünyada Müqəddəs Müdafiə qaldırdı və irəli apardı.”
 

 

arannews:irna-Ayətullah Xamenei Müqəddəs Müdafiə və müqavimətin bir qrup veteran və fəalları ilə görüşündə deyib: “Müqəddəs Müdafiə kimə qarşı idi? (Səddamı İrana qarşı müharibəyə) Təşviq edən Amerika idi. Fransızlar İraqa ən müasir hərbi texnika verdilər. Şərq Bloku və keçmiş Sovet İttifaqı İraqa lazım olan bütün quru və hava imkanlarını verdi.”
Ali Məqamlı Rəhbər əlavə edib: “Qarşı tərəf bu üç şeyə hücum etmişdi. Təbii ki, düşmənin əsas və mühüm cəbhəsinin məqsədi ərazi bütövlüyü məsələsi deyildi. Bu, Səddamın məqsədi idi. Onların məqsədi isə İnqilab idi. Onlar xalqın fədakarlığı sayəsində İranda baş vermiş bu unikal, böyük və mühüm İnqilabı yatırtmaq istəyirdilər.”

Həzrət Ayətullah Xamenei bu İnqilabın ölkəni idarə edən asılı və korrupsioner sistemi aradan qaldırmağa, bu ölkədə yeni sistem və yeni söz yaratmağa qadir olduğuna, həmçinin dini demokratiyanın dünyada yeni söz olmasına toxunaraq deyib: “İslam Respublikasına qarşı çıxan, onunla düşmənçilik edənlərin problemi “İslam Respublikası” məsələsidir.”

O, daha sonra deyib: “Müharibədə bizə kömək edən tərəf yox idi. Nadir və kiçik hallar istisna olmaqla, hətta pulunu ödəyərək almaq istədiyimiz silah və imkanlar da bizə verilmirdi.”

İslam İnqilabının Ali Rəhbəri deyib: “Müharibə zamanı ən mühüm yardım kəşfiyyat yardımıdır və (İraqa) bu köməyi amerikalılar edirdilər. Onlar hava xəritələrini asanlıqla götürərək bizim qüvvələrin yerini onlara çatdırırdılar. Onlar davamlı və ardıcıl olaraq Səddama müharibə taktikaları verirdilər.”

Ayətullah Xamenei avropalılar və fransızların Səddama ən müasir hava texnikası, qırıcılar və helikopterlər verdiklərini bəyan edərək deyib: “Almanlar İranda və İraqın özündə, hətta Hələbcədə belə çoxlu fəlakətlərə səbəb olan kimyəvi silah hazırlamaq imkanlarını Səddama verdilər. Şərq Bloku, keçmiş Sovet İttifaqı və Şərqi Avropa ölkələri Səddamı istədikləri bütün quru və hava imkanları ilə təmin etdilər. Ona lazım olan hər şeyi verdilər. Raket baha idi və onun artilleriyasını elə təchiz etmişdilər ki, çox xərc çəkmədən Tehranı artilleriya ilə vura bilsin.”

O, İslamda güc məntiqinin qərbdən fərqli olaraq üstünlük axtarmaq və başqalarını aşağılamaq olmadığını vurğulayıb və Silahlı Qüvvələrə müraciət edərək deyib: “İqtidarın mehriban davranış və xoş dillə heç bir ziddiyyəti yoxdur. Sizin təbii və hüquqi qüdrətiniz və qabiliyyətiniz artdıqca, insanlara qarşı təvazökarlığınız və mülayimliyiniz, Allah-Təalaya diqqətiniz də bir o qədər artmalıdır.”

Sonda həzrət Ayətullah_Xamenei əməllərdə ilahi niyyətin olması halında ilahi qələbə vədini xatırladaraq deyib: “Nə qədər ki, Allah yolunda və Allah üçün çalışırıq, bilsək də də, bilməsək də, şübhəsiz ki, Allah bizə kömək edəcəkdir.”
  • Yazılıb
  • da (də) 2023 Sep 21
  • Göndərən رضا رستمی