Tarix : 2008 Aug 08
Kod 6398

OSETYA, RUSİYANI TƏCİLİ KÖMƏYƏ ÇAĞIRDI

Gürcüstandan tək yanlı müstəqillik elan edən Cənubi Osetyanın, Rusiyadan bir saat içində təcili kömək göndərməsini istədiyi bildirilib
Gürcüstan Servisi/Aran Agentliyi
Cənubi Osetya, Rusiyadan təcili yardım göndərməsini istədi.

İslam-Azerinin istinadlı xəbərinə görə,
Cənubi Osetya lideri Kokoetinin qaçdığı ifadə olunur. AĞİT və ABŞ tərəfləri masaya çağırıb.

CƏNUB OSETYA RUSİYADAN TƏCİLİ YARDIM İSTƏDİ

Gürcüstandan tək yanlı müstəqillik elan edən Cənubi Osetyanın, Rusiyadan bir saat içində təcili kömək göndərməsini istədiyi bildirilib.

Rus İnterfaks agentliyi, Cənub Osetya rəhbərliyinin daha çox itkin olmasını maneə törətmək üçün Rusiyadan bir saat içində kömək göndərməsini istədiyini qeyd edib.

İnterfaks, Cənubi Osetya Təhlükəsizlik Şurası Başçısı Anatoliy Barankeviçin verdiyi açıqlamada, ''Rusiyadan köməyi bir saat içində göndərməsini istəyirik. Əks halda çox sayda itkin olacaq'' ifadəsini istifadə etdiyini qeyd edib.
  • Yazılıb
  • da (də) 2008 Aug 08