İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı İranın düşmənlərinə zərrə qədər də qərəzli yanaşmaya icazə verilməyəcəyini vurğulayaraq deyib: “İranın gəmilərin sürətinin artırılması kimi bir çox hərbi-dəniz nailiyyətləri dünyada misilsizdir.”
arannews:irna-General Əlirza Təngsiri cümə günü Silahlı Qüvvələrin milli paradı çərçivəsində İRNA müxbirinə açıqlamasında deyib: “Misilsiz işlərin nümunələrindən biri də Ali Baş Komandan Həzrət Ayətullah Xameneinin təkidi və əmri ilə hərbi gəmilərin sürətinin artırılmasıdır.”
İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandanı əlavə edib: “İnqilabın Ali Rəhbərinin göstərişindən sonra SEPAH-ın dəniz gəmilərinin sürəti 35 düyündən 55, sonra isə 75 və 90 düyünə yüksəldi. Bu proses gələcəkdə də davam edəcək.”
Təngsiri bildirib: “Raket buraxan gəmilərin raketlərlə təchiz edilməsi kimi digər uğurlar da dünyada misilsizdir.”
Bu yüksək rütbəli hərbi məmur geniş diapazonlu ağıllı sualtı qayıqların yaradılmasını və onların uğurla sınaqdan keçirilməsini İran İslam Respublikasının digər unikal hərbi nailiyyətləri hesab edib.
General Təngsiri əlavə edib: “Tam embarqo şəraitində pilotsuz təyyarələr hazırlanmasında böyük irəliləyiş əldə olundu və suda oturan dronlardan su üzərindən uçan dronlara qədər hazırlandı.”
SEPAH Hərbi Dəniz Qüvvələrinin komandanı bu uğurları səkkiz illik Müqəddəs Müdafiənin şəhidlərinin qanının səmərəsi hesab edərək deyib: “İran İslam Respublikası dini və siyasi əqidəsinə, eləcə də Silahlı Qüvvələrinin hərbi gücünə və xalqın hərtərəfli dəstəyinə arxalanaraq düşmənlərinin onun torpağı və suyu ilə bağlı zərrə qədər qərəzli yanaşmasına imkan verməyəcək.”