Tarix : 2023 Sep 25
Kod 63985

Əmir Abdullahiyan Azərbaycan Respublikasının Xarici İşlər Naziri ilə görüşüb

İran İslam Respublikası və Azərbaycan Respublikası xarici işlər nazirləri görüşüb müzakirələr aparıblar.
arannews:irna-İran İslam Respublikası Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan ilə Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramov arasında görüş yerli vaxtla şənbə günü Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci iclası çərçivəsində baş tutub.
Bu görüşdə qarşılıqlı maraq doğuran bəzi məsələlər və Qarabağ bölgəsində baş verən hadisələr müzakirə edilib və fikir mübadiləsi aparılıb.

Ölkəmizin Xarici İşlər naziri iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluğunu ifadə edib və ümidvar olduğunu bildirib ki, bu prosesi başa çatdırmaqla biz tezliklə Azərbaycan Respublikasının səfiri və diplomatlarının bu ölkənin Tehrandakı səfirliyinə qayıtmasını və iki ölkə arasında münasibətlərdə yeni səhifənin açılmasının şahidi olacağıq.

Azərbaycan Respublikası Xarici İşlər naziri cənab Ceyhun Bayramov da iki ölkənin müxtəlif nümayəndə heyətlərinin son görüşlərindən və əldə olunan nəticələrdən ölkəsinin məmnunluğunu ifadə edib.

O, iki ölkənin müxtəlif yüksək vəzifəli şəxslərinin son görüşlərinin nəticələrini konstruktiv və irəliyə doğru addım kimi qiymətləndirib, iki ölkə arasında yeni konstruktiv addımlar atmağa hazır olduğunu bildirib.

Hər iki nazir birgə əməkdaşlığın artırılması və təşviqinə yönəlmiş bəzi ikitərəfli və çoxtərəfli təşəbbüslər ətrafında fikir mübadiləsi aparıblar.

Əmir Abdullahyan bundan əvvəl Ermənistan Xarici İşlər naziri ilə görüşmüşdü.

 

 

  • Yazılıb
  • da (də) 2023 Sep 25
  • Göndərən رضا رستمی