Təl-Əvivdə “Yom Küppür” kimi tanınan “Yəhudi bayramı”nın qeyd edilməsi zamanı solçu etirazçıların dindar və haredi sionistlərlə toqquşmasının ardınca sionist rejimin başçısı bu rejimin kritik və dəhşətli vəziyyətdə olduğunu etiraf edib.
arannews:irna- sionist rejimin başçısı İshaq Hersoq bazar ertəsi axşam saatlarında Təl-Əvivdə baş verən hadisələrə münasibət bildirərək deyib: “Elə dünən, Yom Küpür zamanı, müharibədən düz 50 il sonra biz Tel-Əvivdə sarsıdıcı bir mənzərə gördük. Bu, israillilərin öz içərisindəki daxili qarşıdurmanın güclənməsindən xəbər verir.”
Hersoq deyib: “Mən israillilərin mütləq əksəriyyətinin adından danışıram. Həmişə İsrail və yəhudiliyin birliyinin simvolu olan bir gündə israilliləri bir-birləri ilə müharibə vəziyyətində görməkdən təəccübləndiyimi bildirirəm. Çünki bu səhnələri görəndə şoka düşdüm.”
O, əlavə edib: “Belə bir dəhşətli vəziyyətə necə düşdük? Acı müharibədən 50 il sonra biz səngərin hər iki tərəfində və bir-birinə qarşı dayanan qardaş-bacıları görürük. Bu hadisələrin dəyirmanına su tökənlər birlik və vəhdətimizə real təhlükədir. Bu işlərə son qoyulmalıdır.”
Hersoq daha sonra deyib: “Təfriqə, qütbləşmə və sonsuz ixtilaf İsrail və onun təhlükəsizliyi üçün real təhlükədir. İsrailin düşmənləri bunu dəfələrlə bəyan ediblər və bizim daxili böhranımızı İsrailin süqutu yolunda ilkin mərhələ kimi şərh edirlər.”
Sionist rejim başçıları arasında gərginlik o həddə çatıb ki, hakim koalisiya ilə müxalifət də “yəhudi bayramı” mərasiminin necə keçirilməsi məsələsində toqquşub.
Sionist rejimə aid xəbər saytı “İsrael News” Təl-Əvivdə və “Yom Küpür” kimi tanınan “yəhudi bayramı” mərasimində solçu nümayişçilərlə dindar və haredi sionistlər arasında baş verən toqquşma haqqında yazıb: “Solçu etirazçılar “Yom Küpür” mərasiminin “Dizengoff” meydanında keçirilməsinə etiraz ediblər.”