Tarix : 2023 Sep 29
Kod 64001

Qondarma Qarabağ Respublikası 2024-cü il yanvarın 1-dən özünü buraxır

“Armen Press” xəbər agentliyi qondarma Dağlıq Qarabağ Respublikasının 2024-cü il yanvarın 1-dən özünü buraxacağını xəbər verib.
arannews:irna-“Dağlıq Qarabağ Respublikası” 2024-cü il yanvarın 1-dən etibarən mövcudluğunu dayandıracaq. Qondarma Qarabağ Respublikasının prezidenti Samul Şahramanyan bütün dövlət qurumlarının buraxılması haqqında fərman imzalayıb.
Bu fərmanda o, yaranmış ağır hərbi-siyasi vəziyyəti qeyd edib.

S. Şahramanyan həmçinin bu bölgənin daxilində və xaricində olan Qarabağ sakinlərindən Azərbaycan Respublikasına inteqrasiya şərtləri ilə tanış olmalarını istəyib.

Bir nüsxəsi “Armen Press” xəbər agentliyində dərc edilmiş “Dağlıq Qarabağ Respublikası”nın ləğvi haqqında fərmanda bildirilir: “Bu qərar Qarabağ əhalisinin fiziki təhlükəsizliyinin, mühüm və həyati maraqlarının təmin edilməsi prioritetinə əsaslanaraq, Rusiya sülhməramlı qüvvələrinin vasitəçiliyi ilə Azərbaycan Respublikasının nümayəndələri ilə Qarabağ sakinlərinin, o cümlədən silahlarını yerə qoymuş hərbi qüvvələrin sərbəst, könüllü və maneəsiz keçidinə zəmanət verilməsi barədə əldə edilmiş razılığı nəzərə alaraq verilmişdir. Bu qərara əsasən, 2024-cü il yanvarın 1-dən bütün dövlət qurumları və təşkilatları ləğv olunur və Qarabağ (Artsax) Respublikası artıq mövcud olmayacaq.”

 

  • Yazılıb
  • da (də) 2023 Sep 29
  • Göndərən رضا رستمی