Tarix : 2023 Sep 30
Kod 64005

Xoyda Şəms və Mövlana qızıl möhürünün təqdimatı oldu

Xoy şəhərində İranın bu iki irfani şəxsiyyətinə aid keçirilən 9-cu beynəlxalq konfrans çərçivəsindəki xüsusi mərasimdə Şəms və Mövlana qızıl möhürünün təqdimatı olub.
 

 

arannews:irna-bu mərasim cümə axşamı Şəmslə Mövlananın görüşünün 800-cü ildönümü münasibətilə keçirilib və incəsənət, mədəniyyət, ədəbiyyat və irfanla maraqlananların da diqqətini çəkib.
Həmçinin bu konfrans çərçivəsində Qacar dövrünün Xoy şəhərindən olan görkəmli illüstratorunun litoqrafiya əsərlərindən ibarət sərgi “Şəms və Mövlana” konfransı ilə maraqlananların ziyarəti üçün hazırlanır.

“Şəms və Mövlana” konfransının ilk günündə 10 daxili və xarici Şəms və Mövlana tədqiqatçısı Şəms və Mövlana arasında mənəvi bağlılıq, Şəms və Mövlananın əsərlərinin tədqiqi, bu iki mürşid və müridin ictimai və mədəni təsirləri mövzularında məqalələrini təqdim ediblər.

Bu il konfransın katibliyinə 187 məqalə təqdim olunub, onlardan 25 məqalə münsiflər heyətinə göndərilmək üçün, iki məqalə təqdimat üçün, qalanları isə nəşr üçün seçilmişdir.

Bu konfransın İslam Dünyası Elmlərinin istinad bazasında beynəlxalq kodu vardır və konfransın məqalələri bu beynəlxalq kolleksiyada indekslənəcək.

“9-cu Beynəlxalq Şəms və Mövlana Konfransı” bu gün cümə günü ziyalıların, vilayət və ölkənin məsul şəxslərin iştirakı ilə öz işini başa çatdıracaq.
  • Yazılıb
  • da (də) 2023 Sep 30
  • Göndərən رضا رستمی
Açar sözlər