İrəvan hökuməti təqribən bütün ermənilərin Qarabağı tərk etdiyini və bu bölgənin ermənilərdən boşaldığını açıqlayıb.
arannews:irna-Ermənistanın Baş naziri Nikol Paşinyanın mətbuat katibi Nazlı Bağdasaryan bu gün Qarabağ bölgəsindən Ermənistana 100 417 nəfərin daxil olduğunu açıqlayıb. Azərbaycan Respublikası bu bölgəni nəzarət altına alana qədər Qarabağda yaşayan erməni əhalisi təxminən 120 min nəfər olub. Bağdasaryan onu da bildirib ki, Ermənistanı Qarabağla birləşdirən Həkəri körpüsündən ümumilikdə 21 min 43 avtomobil keçib.
Qarabağ bölgəsində qondarma erməni dövləti quran hökumət cümə axşamı elan edib ki, otuz illik mövcudluğundan sonra bu ilin sonuna kimi ləğv olunacaq.
Paşinyan bildirib ki, ermənilərin etnik köçü “birbaşa etnik təmizləmə və insanları öz vətənlərindən məhrum etmək aktıdır”. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi isə bu məsələni qəti şəkildə rədd edərək, bəyan edib ki, bölgə sakinlərinin kütləvi köçü “onların şəxsi və fərdi qərarıdır və məcburi köçkünlüklə heç bir əlaqəsi yoxdur”.