Tarix : 2023 Oct 01
Kod 64011

BMT Qarabağa humanitar qrup göndərir

BMT-nin sözçüsü cümə günü bildirib ki, BMT son 30 ildə ilk dəfə olaraq Qarabağ bölgəsinin Azərbaycan Respublikası tərəfindən geri alınmasından sonra bu bölgənin humanitar ehtiyaclarını ödəmək üçün bir qrup nümayəndəni bu əraziyə göndərəcək.
 

 

arannews:irna-BMT-nin Stefan Dujarrik deyib: “Azərbaycan Respublikası hökuməti və BMT humanitar nümayəndə heyətinin regionda olması barədə razılığa gəliblər. Bu nümayəndə heyəti həftəsonu bölgəyə göndəriləcək.”
O, əlavə edib: “Bizim 30 ilə yaxındır ki, həssas coğrafi və siyasi vəziyyətə görə bu bölgəyə çıxışımız yoxdur. Ona görə də bu bölgəyə daxil ola bilməyimiz çox vacibdir.”

S. Dujarrik qeyd edib ki, BMT-nin humanitar agentliyinin rəhbərlik etdiyi onlarla nəfərdən ibarət qrup Qarabağ bölgəsində qalanların və regiondan köçənlərin ehtiyaclarını müəyyən edəcək.
  • Yazılıb
  • da (də) 2023 Oct 01
  • Göndərən رضا رستمی