Tarix : 2023 Oct 02
Kod 64012

Sionist rejimlə münasibətlərin normallaşdırılması geriyə qayıtmadır – Təslim olmaq və güzəşt variantı gündəmdən çıxarılıb

Prezident təslim olmaq və güzəşt variantının gündəmdən çıxarıldığını bildirib və deyib: Sionist rejimlə münasibətlərin normallaşması geriyə qayıtma və irtica göstəricisidir.
arannews:irna-konfransında Ayətullah Seyid İbrahim Rəisinin nitqi başlayıb və onun iştirakı ilə 15 vəhdət kitabının təqdimatı keçiriləcək.
Prezident çıxışının əvvəlində İslam dünyasında məzhəblərin yaxınlaşması təfəkkürünün ardınca gedən bütün şəxslərin xatirəsini ehtiramla yad etdi və Ümumdünya Məzhəblərarası Yaxınlaşdırma Assambleyasının Baş katibinin fəaliyyətini yüksək qiymətləndirdi.

O, belə davam etdi: Bu gün vəhdət məsələsi çox önəmlidir, İslam aləmində vəhdətin əhəmiyyəti günü-gündən artmaqdadır və bu, həmişə vurğulanır. Vəhdətə diqqət yetirmək müəyyən zaman kəsiyinə aid baxış deyil, həqiqətə əsaslanan fikri sistem və haqq mərkəzlidir. Bugünkü vəhdət məzhəblərdə və ya coğrafiyada vəhdət deyil, İslam ümmətinin mənafeyini qorumaq üçün birlik və vəhdət deməkdir.

Ayətullah Rəisi qeyd etdi: Bizim bütün düşüncəmiz İslam ümmətinin mənafeyini qorumaq və yüksəltmək olmalıdır. “Ümmət” sözü filoloji baxımdan “hədəfi və məqsədi bir olan müəyyən dəstə”dir. O, haqqa doğru hərəkət, İlahi xüsusiyyətlərə malik olmaq, Allahı həyatın bütün səviyyə və sahələrində görmək, Allahın qanunlarını həyata keçirmək, yalnız Ona ibadət etmək və Onun sözünə tabe olmaqdır.

O, bu sahədə Allahın ən gözəl məxluqu olan Allah Rəsulunun (s) xüsusiyyətlərinin, dünyanın bütün yaxşılıqlarının, əxlaq və səbrin cilvəsi olduğunu vurğulayaraq, bildirdi: Allahın Öz elçisinə verdiyi ən yaxşı və ən üstün imtiyaz geniş qəlbdir (İnşirah surəsi, 1-ci ayəyə işarə). Allah Rəsulunun (s) risalətinin uğuru onun geniş qəlbi sayəsindədir. O, səbrin, imanın və Allah yolunda cihadın cilvəsidir və bütün bəşəriyyət üçün örnəkdir.

Ayətullah Rəisi dedi: Müasir insan üçün ən gözəl nümunə Allahın ona bəxş etdiyi bütün əzəmətli xüsusiyyətlərə malik olan sevimli İslam Rəsuludur (s). Ona və onun sözlərinə, rəftarına və sülukuna diqqət edilməlidir. Mübarək ayədə deyildiyi kimi; “onların üzlərində Uca Allahın müqəddəs hüzurunda bəndəlik və səcdə əlamətləri görünər” (Fəth surəsi, 29-cu ayəyə işarə). Buradan başa düşmək olar ki, onların rəftarı və həyatı haqq əhlinə və əziz Peyğəmbərə (s) tabe olanların həyatının cilvəsidir.

Rəisi “İslam ümmətində geriliyin göstəricisi nədir? Geriyə dönüşün indeksi nədir?” sualını verərək dedi: İslam Peyğəmbərinin (s) nəzərinə görə, əgər yadlara və kafirlərə tabe olsan, bu, sənin yolundan dönmənin sirridir. Peyğəmbər (s) buyurur; sənin Rəbbin Allahdır, O da sənin himayədarındır.

O, müqəddəs Qüds və Fələstinin azadlığına diqqət yetirilməsinin İslam ümmətinin vəhdətinin ən mühüm göstəricisi olduğunu vurğulayaraq dedi: Sionist rejimlə münasibətləri normallaşdırmağa çalışmaq, istənilən hökumət üçün irtica və geriləmə indeksinin göstəricisidir. Yadların iradəsi olduğu üçün bu geriləmə kursudur. Düşmənlə mübarizə yolu güzəştə getmək və təslim olmaq deyil, hakimiyyəti geri çəkilməyə məcbur edən qarşısında durmaq və müqavimət göstərməkdir. Təslim olmaq və güzəştə getmək variantı gündəmdən çıxarılıb. Güzəşt variantı ümumiyyətlə gündəmdə deyil, müqavimət və duruş gətirmək variantı düşmənə cavab verib və düşməni geri çəkilməyə məcbur edib və edəcək.

O, düşməni geri çəkilməyə vadar edənin təslim olmaq və ona qarşı güzəştə getmək deyil, müqavimət və duruş gətirmək olduğunu vurğulayaraq əlavə edib: Bu gün təslim olmaq və güzəştə getmək variantı gündəmdən çıxarılıb. Artıq Fələstində və Livanda, müxtəlif bölgələrdə heç bir narahat olanın sözü “təslim olmaq” deyil. Kompromis ümumiyyətlə gündəmdə deyil. İşğal olunmuş ərazilərdəki və İslam dünyasındakı bütün mücahidlər üçün variant işə yarayan variantdır; bu, müqavimət və düşmənin qarşısında dayanmaq variantıdır.

 

  • Yazılıb
  • da (də) 2023 Oct 02
  • Göndərən رضا رستمی
Açar sözlər