Tarix : 2023 Oct 03
Kod 64015

Prezidentin İslam ölkələrinin başçılarına Peyğəmbərin (s) mövludu münasibəti ilə təbrik məktubu

İslam ölkələrinin başçılarını və xalqını Həzrəti Məhəmmədin (s) qarşıdan gələn mövlud günü münasibətilə təbrik edən prezident dedi: Onun qiymətli həyatı və əxlaqi meyarları həmişə insan həyatının bələdçisi və hidayətçisi və insanı kamilliyə və Allaha yaxınlaşdırmağın ən görkəmli nümunəsidir.
arannews:irna-Ayətullah Seyid İbrahim Rəisi İslam ölkələrinin başçıları və xalqlarına ayrı-ayrı ünvanladığı məktublarında İslamın əziz Peyğəmbərinin (s) mövlud ildönümünün gəlişini təbrik edərək bildirib: İslam azadlıq və bərabərlik dinidir, Qurani-Kərim isə rəhmət, hikmət kitabı və Allahın kəlamıdır. Əziz Peyğəmbərin (s) dəyərli möcüzəsi olan Qurani-Kərimi təhqir etmək insanlığı, azadlığı, dəyərləri və mənəviyyatı təhqirdir. İran İslam Respublikası dünyanın bəzi bölgələrində anti-islamizm istiqamətində baş verən və dünya müsəlmanlarının qəlbinin yaralanmasına səbəb olan bu cür mənfur və kinli hərəkətləri qətiyyətlə pisləyir.
Prezident həmçinin ümidvar olduğunu bildirdi ki, bu mübarək mövlud münasibətilə, Qurani-Kərimdən və əziz İslam Peyğəmbərinin (s) dəyərli həyatından faydalanmaqla, İslam ölkələrinin başçılarının və bütün müsəlmanların əzm və iradəsinə arxalanaraq bütün dünyada müsəlman xalqları arasında birliyin və inteqrasiyanın genişlənməsinin və İslam ümmətinin idealı olan İslamın bütün dünyada inkişafı və yüksəlməsinin şahidi olacağıq.

 

  • Yazılıb
  • da (də) 2023 Oct 03
  • Göndərən رضا رستمی
Açar sözlər