Tarix : 2023 Oct 04
Kod 64020

İlham Əliyevin xüsusi nümayəndəsi İrana gəldi

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi bu gün axşam saatlarında Tehrana gəlib.
arannews:irna-Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Tehrana səfər edib. O, bu ölkənin təcrübəli diplomatlarından hesab olunur.
X. Xələfovun İran İslam Respublikasının yüksək vəzifəli şəxsləri ilə görüşündə ikitərəfli əlaqələr və regionda baş verən hadisələr müzakirə olunacaq.

Bazar günü Ermənistanın Ali Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ikitərəfli və regional məsələləri müzakirə etmək üçün Tehrana səfəri edib, ölkəmizin yüksək vəzifəli şəxsləri, o cümlədən Ali Milli Təhlükəsizlik Şurasının katibi və Ali Məqamlı Rəhbərin bu şurada nümayəndəsi Əli Əkbər Əhmədyan, eləcə də Xarici İşlər naziri Hüseyn Əmir Abdollahiyanla görüşüb.

 

  • Yazılıb
  • da (də) 2023 Oct 04
  • Göndərən رضا رستمی