Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bu ölkənin və İran İslam Respublikasının dəniz qüvvələrinin Xəzər dənizində birgə təlim keçirmək barədə razılıq əldə olunduğunu açıqlayıb.
arannews:irna-Azərbaycan Müdafiə Nazirliyinin çərşənbə günü yaydığı bəyanatda deyilir: “Azərbaycan Respublikası HDQ komandanı vitse-admiral Sübhan Bəkirov İran İslam Respublikası HDQ-nin Əməliyyat Komandanı 1-ci dərəcəli kapitan Məhəmməd Reza Xəzayinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə gələcəkdə, xüsusilə də Xəzər dənizində Azərbaycan və İranın birgə hərbi dəniz təliminin keçirilməsinin əhəmyyəti vurğulanıb və bununla bağlı ilkin razılıq əldə olunub. Hər iki ölkənin HDQ-ləri arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub.”
Bu təlimlərin keçiriləcəyi vaxt açıqlanmayıb.