Tarix : 2023 Oct 06
Kod 64030

Dünyanın ən üstün dron güclərindən biriyik - Bizim dronlarımız tamamilə yerlidir

Ordu üzrə koordinatorun müavini gələcəkdə təhdidlər qarşısında texnoloji baxımdan heyrətdə qalmayacağımızı vurğulayaraq deyib: “Biz dünyanın ən üstün dron güclərindən biriyik. Gələcəyə baxaraq, tələb olunan dronları təmin edirik və bizim dronlarımız tamamilə yerlidir.”
arannews:irna-kontr-admiral Həbibullah Səyyari verdiyi açıqlamada “Ordu 1402” Birgə PUA Təlimində əldə olunan nailiyyətlərə toxunaraq deyib: “Təlimin məxfi saxlanmasının səbəbi təlimdə bir sıra avadanlıqdan istifadə etməyimizdir ki, onlardan bir çoxunun xəbərləri yayılmamalıdır. Çünki düşmənlər tərəfindən sui-istifadə oluna bilər.”
Ordu koordinatorunun müavini pilotsuz təyyarə təliminin özəllikləri barədə deyib: “Araşdırırıq, təhqiqat işləri aparırıq, gələcəkdə hər hansı bir təhdidə cavab vermək üçün bu gün texnikamıza əlavə edilməli olan silahlar hansının olduğunu öyrənirik ki, qəfil yaxalanmayaq.”

Kontr-admiral daha sonra deyib: “Gələcək ehtiyaclara uyğun olaraq tələb olunan dronları təmin edə bilmək üçün gələcəyə baxırıq. İstehsal baxımından bizim dronlarımız tamamilə yerlidir, yəni onların bir faizinin də xarici olmasını deyə bilmərəm. Tamamilə yerlidir.”

Səyyari vurğulayıb: “Bu gün biz dünyanın ən üstün dron güclərindən biri olduğumuza iddialıyıq. Bizdə bu qabiliyyət mövcuddur. Çünki istehsal olan pilotsuz təyyarələrin növləri bizim hansı dronlara malik olduğumuzu göstərir.”

Kontr-admiral qeyd edib ki, bizim identifikasiya, döyüş və məhvetmə qabiliyyətinə malik pilotsuz təyyarələrimiz var. Bu, raketləri daşıya bilən drondur. Tıxanma sistemi daşıya bilən dronumuz var. Hətta yerdə və ya havada hədəfləri müəyyən edə, izləyə və idarə edə bilən dronumuz var. Eləcə də, dənizdə bu qabiliyyətə malik dronumuz var, üzən obyektin üzərində uçuş həyata keçirir, dənizin üzərində havada uçaraq dənizdə hədəfi tapır və əmrə uyğun olaraq hədəfə hücum edir.

Ordu üzrə koordinator müavini əlavə edib: “Əbabil, Kaman, Kərrar, Mühacir son təlimdə qiymətləndirilmiş dron növləridir. Onlar keçmiş vaxtlardan bəri var, lakin sadaladığım dronların hər biri keçmişdəkilərlə müqayisədə fərqlidir. Hətta, görünüşü dəyişməsə də, proqram təminatı və xüsusiyyətləri dəyişib və keçmişdə olduğundan tamamilə fərqlidir.”

Sonda admiral vurğulayıb: “Təhdid nə olursa olsun, dronlarımız cavab verir. Cəsarətlə deyirəm ki, gələcəkdə təhdidlərlə qarşılaşmaqda texnoloji baxımdan heyrətdə qalmayacağıq.”

 

  • Yazılıb
  • da (də) 2023 Oct 06
  • Göndərən رضا رستمی
Açar sözlər