ABŞ hökumətinin İran məsələləri üzrə xüsusi nümayəndəsinin müavini Abram Paley iddialarını davam etdirərək və Co Bayden hökumətinin insan haqları jestlərini təkrarlayaraq Vaşinqtonun 16 yaşlı iranlı yeniyetmə Armita Gəravəndin vəziyyətindən narahat olduğunu iddia edib.
arannews:irna- Bayden hökumətinin İran məsələləri üzrə xüsusi nümayəndəsinin müavini Abram Paley yerli vaxtla 4 oktyabr 2023-cü il çərşənbə günü X (keçmiş Twitter) sosial şəbəkəsində iddia edib: “Əxlaq polisinin 16 yaşlı Armita Gəravəndə hücumundan şoka düşdük və narahat olduq.”
Bu barədə Armitanın valideynləri İRNA-ya açıqlamalarında bildiriblər ki, marjinallar, mövzunu marjinallaşdırmaq əvəzinə qızımız üçün dua etsinlər.
Onun anası övladının Şühada meydanı metrosunun dördüncü xəttində baş verən hadisənin təfərrüatları barədə deyib: “Qızım məktəbə getmək üçün Şühəda metrosunda rəfiqələri ilə görüş təyin edir və qatar stansiyasına daxil olduqdan sonra qatara minərkən qan təzyiqi aşağı düşür, bu vaxt müvazinətini itirir və başı qatar vaqonunun kənarına dəyir.”
O əlavə edib: “Bu vəziyyətdə onu dostları vaqondan çıxarıblar və və dərhal təcili yardım çağırıblar. Bir neçə dəqiqədən sonra Armita xəstəxanaya aparılıb.”
O, Armitanın vəziyyətinin yaxşılaşdırılması üçün tibb işçilərinin göstərdiyi səylərinə görə təşəkkür edərək deyib: “Onlar qızımın müalicəsi üçün bizimlə yaxşı əməkdaşlıq etdilər.”
Armitanın anası yaranmış hadisədən düşmən medialarının və bəzi fürsət ardınca olanların sui-istifadə etməsi haqqında deyib: “(Qızımın) Metroya daxil olmasından qatara minənədək metronun görüntü və videolarını gördük. Ona görə də düşmən medialarının irəli sürdüyü iddialar doğru deyil.”
Armitanın atası da deyib ki, həyat yoldaşı ilə birlikdə “biz bütün metro filmlərini araşdırdıq və bunun bir hadisə olduğu bizim üçün sübuta yetdi.”