Tarix : 2023 Oct 06
Kod 64033

Qəzzada Fələstin müqavimət qüvvələrinin general Hacı Qasim Süleymaninin şəkli ilə paradı - Video

Fələstin İslami Cihad Hərəkatının hərbi qanadı olan Səraya əl-Qüds qüvvələri çərşənbə günü Qəzzada İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin komandanı general Hacı Qasim Süleymaninin şəkli ilə parad keçirib.
arannews:irna- “Əl-Mənar”-a istinadən verdiyi xəbərə görə, Qəzza zolağında bu müqavimət qrupunun yaradılmasının 36-cı ildönümü münasibətilə Səraya əl-Qüds qüvvələrinin böyük hərbi paradı keçirilib.
 
 

Hərbi texnikanın, o cümlədən avtomobillərin, hər cür silah-sursatın, raketlərin və pilotsuz təyyarələrin nümayişi bu mərasimin tərkib hissələrindən biri olub.

KİV-lərin məlumatına görə, paradda şəhid general Hacı Qasım Süleymaninin xatirəsinə yeni “Əl-Qasim” raketi, həmçinin yeni və təkmilləşdirilmiş Buraq 10, Buraq 60 və Baraq 85 raketləri nümayiş etdirilib.

Əkrəm əl-Əcuri Qəzzada Səraya əl-Qüds paradındakı çıxışında deyib: “Tezliklə fələstinli mübarizlər bütün Fələstin ərazisinə və Əl-Əqsa məscidinə daxil olacaqlar.”

O, əlavə edib: “Düşmənlər planlar qururlar və sui-qəsdlər edirlər, biz də tədbirlər görürük, bütün cəbhələrdə onlara zərbə vururuq. Onların bizim milləti, gəncliyi, həyatımızı, gələcəyimizi hədəfə alan davamlı cəhdləri, sui-qəsdləri nəticə verməyəcək.”

  • Yazılıb
  • da (də) 2023 Oct 06
  • Göndərən رضا رستمی
Açar sözlər