Yol və Şəhərsalma naziri, İran və Azərbaycan Birgə İqtisadi Komissiyasının İran tərəfdən həmsədri Mehrdad Bəzrpaş bu gün axşamüstü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşüb.
arannews:irna-bu görüşdə ikitərəfli münasibətlərin, xüsusilə iqtisadi və ticari sahələrdə inkişafı və dərinləşdirilməsi, üçtərəfli və altıtərəfli formatlarda regional əməkdaşlıq məsələləri əsas müzakirə istiqamətlərindən biri olub. Həmçinin, bu uzun və səmimi görüşdə hər iki tərəf Qafqaz regionunda baş verən son hadisələri müzakirə edib və regiondankənar ölkələrin region məsələlərinə müdaxiləsini rədd ediblər.