Vəliyyi-fəqihin Şərqi Azərbaycandakı nümayəndəsi və Təbrizin cümə imamı bildirdi: Sabit təhlükəsizliyə nail olmaq üçün region hökumətləri bir-biri ilə, müsəlman xalqlar və müqavimət hərəkatları ilə qardaş olmalıdırlar.
arannews:irna-Höccətül-islam vəl-müslimin Məhəmməd Əli Ali-Haşim bu həftə Təbrizdə cümə namazı xütbələrində Peyğəmbərin (s) mövludunun ildönümündə inqilabın ali rəhbərinin vəhdət konfransının qonaqları və nizam rəsmiləri ilə görüşdə verdiyi “işğalçı sionist rejim (İsrail) məhv olacaq və bu rejimlə münasibətləri normallaşdırmaq üçün qumar oynayan hökumətlər uduzmağa məhkum olan at üzərində mərc ediblər” açıqlamasına işarə edərək əlavə edib: “Sionist rejimə sadiq qalmaqla ölkələrin problemləri nəinki həll olunmayacaq, hətta ikiqat ağrı və iztiraba səbəb olacaq”. O, səriştəsizliyi sübuta yetmiş İslam və müsəlman düşmənləri ilə əlaqə qurmağın region hökumətləri üçün heç bir faydası olmadığını vurğulayaraq dedi: İşğalçı sionist rejim ömrünün ən qeyri-sabit vəziyyətini yaşayır. Belə ki, bu qəsbkar rejim 2006-cı ildən bəri heç bir müharibədə qalib gəlməyib və hər həftə işğal olunmuş ərazilərin daxilində böyük etiraz toplantıları təşkil edilir və müqavimət cərəyanı öz heybət və nüfuzunu sionist rejimin bütün sərhədi boyunca yayıb.