Tarix : 2023 Oct 07
Kod 64038

İlham Əliyev: İran və Azərbaycan arasında dostluq bölgə üçün önəmli amildir

Azərbaycan Respublikası Prezidenti iki ölkənin dostluq və əməkdaşlığını bütün bölgə üçün mühüm amil hesab edərək, Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı və onun ötürücülük imkanlarının daha da genişləndirilməsini vurğulayıb.
arannews:irna- İlham Əliyev İranın Yol və Şəhərsalma naziri Mehrdad Bəzrpaş ilə görüşündə regional problemlərin region ölkələrinin iştirakı ilə həllinin vacibliyinə diqqət çəkərək deyib: “Azərbaycan Respublikası ikitərəfli və çoxtərəfli əməkdaşlıq formasında nəqliyyat dəhlizlərinin yaradılması sahəsində fəaliyyətini davam etdirir.”
O vurğulayıb: “Azərbaycan 3+3 əməkdaşlıq formatının təşəbbüskarıdır və Bakının nöqteyi-nəzərindən bu formatda görüşlərin tez bir zamanda keçirilməsi müsbət addımdır.”

Azərbaycan Respublikası Prezidenti Zəngilan şəhərinin Ağbənd qəsəbəsi yaxınlığında körpü, yol, sərhəd-keçid infrastrukturu və sahilbərkitmə layihələrinin icrası şəklində təməlqoyma mərasiminin keçirilməsinin əhəmiyyətinə toxunaraq deyib: “Bu tədbirlər dostluq münasibətlərimizin daha da möhkəmlənməsinə kömək edəcək.”

Əliyev bildirib: “Ağbənd körpüsünün inşasına başlanması mərasimi çox önəmlidir və ölkələrimizi birləşdirən və region üçün böyük əhəmiyyətə malik olan avtomobil və dəmir yollarının çəkilişi bütün bölgə üçün sabitliyə və əməkdaşlığa xidmət edəcək.”

O, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı və ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi istiqamətində aparılan işlərin önəmini qeyd edib.

İkitərəfli münasibətlərimizin gündəliyinin yalnız nəqliyyat sektorunu deyil, eyni zamanda, daha geniş sahələri əhatə etdiyini bəyan edən Azərbaycan Respublikası Prezidenti Hökumətlərarası Komissiyanın fəaliyyətini yüksək qiymətləndirərək deyib: “Bu komissiyanın fəaliyyətindən sonra bütün sahələrdə yaxşı nəticələr əldə olunub.”

Əliyev vurğulayıb: “Azərbaycan ilə İran arasında dostluq və əməkdaşlıq bütün bölgə üçün önəmli amildir.”

Görüşdə İran və Azərbaycan Birgə İqtisadi Əməkdaşlıq Komissiyanın həmsədri Bəzrpaş da İran İslam Respublikası Prezidenti Seyid İbrahim Rəisinin salamlarını Azərbaycan Respublikası Prezidentinə çatdırıb.

O, region ölkələri və xalqlarının bir-biri ilə dərin tarixi və mədəni əlaqələrə malik olduğunu bildirərək deyib: “Cənubi Qafqazda sülh region üçün böyük perspektivlər yaradacaq.”
  • Yazılıb
  • da (də) 2023 Oct 07
  • Göndərən رضا رستمی