Tarix : 2023 Oct 07
Kod 64039

İran və Azərbaycan Respublikası Araz dəmir yolu dəhlizinin tikintisi barədə razılığa gəliblər

ran və Azərbaycan Respublikasının birgə iqtisadi komissiyaları başçılarının iclasında Ağbənd körpüsünün tikintisinin başlanması təfərrüatları barədə protokol və İran ərazisindən keçən Araz dəmir yolu xəttinin tikintisi protokolu imzalanıb.
 

 

arannews:irna-Yol və Şəhərsalma Nazirliyindən, İran ərazisindən keçən Araz dəmir yolu xəttinin inşası barədə protokol imzalanıb. Buna əsasən, dəmir yolu xətti üçün körpü tikiləcək. Protokol əsasında Azərbaycan tərəfinin sərmayəsi ilə Araz çayı üzərində dəmir yolu xətti üçün körpü tikiləcək. Bu körpü Araz çayı üzərində nəqliyyat vasitələri üçün olan Ağbənd körpüsünə paralel tikiləcək.
Yol və Şəhərsalma naziri Mehrdad Bəzrpaş İran və Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə komissiya rəhbərlərinin Bakıda keçirilən iclasında Araz çayı üzərində dəmir yolu xəttinin tikintisinə toxunaraq deyib: Astarada ümumi razılıq əldə olunub və anlaşma memorandumu yazılıb, əgər Azərbaycan tərəfi hazırdırsa, biz bu gün və sabah memorandumu imzalayaraq müqavilənin bağlanmasına bir addım da yaxınlaşacayıq.

Yol və Şəhərsalma naziri vurğuladı: Belə olduqda dəmir yolu hissəsinin layihələndirilməsi də yola paralel olaraq başlaya bilər.

Bəzrpaş Astara-Astara layihəsinə toxunaraq dedi: Bu gün Azərbaycan Respublikasının Prezidenti ilə etdiyim söhbətdə, eləcə də cənab Rəisi ilə söhbətimə əsasən, hər iki prezident işlər yekunlaşdıqda Astara-Astara layihəsinin açılışında iştirak etməyə hazırdır.

Astaranın köhnə metal körpüsünün yenidən qurulması Yol və Şəhərsalma nazirinin açıqlama verdiyi digər məsələlərdən biri olub və deyib: Bu körpünün yenidən qurulması və təkmilləşdirilməsi İran tərəfində aparılıb, lakin tələb etdiyimiz Azərbaycan Respublikası tərəfindən heç bir tədbir görülməyib.

Yol və Şəhərsalma nazirinin toxunduğu növbəti mövzu Xudafərin və Qız Qalası bəndləri üçün iki ölkədə elektrik stansiyalarının tikintisi olub. Bəzrpaş deyib: Xudafərin bəndinin 700 milyon kubmetrə qədər su tutumu həcmi var və onun normal həcminə çatmaq üçün hər iki tərəfdə elektrik stansiyaları tikilməlidir. Qız Qalası bəndi isə yaxın üç ayda istismara verilə bilər və maliyyə məsələsinin təmin olunmasına uyğun olaraq yekunlaşdırılmalıdır. 

Bu görüşdə toxunulan mövzular arasında iranlı iş adamlarının bank problemlərinin həlli, sərnişinlərin artması ilə hava limanında viza verilməsi, quru yolu ilə sərnişinlərin gediş-gəlişi, güzəştli ticarət müqaviləsinin yekunlaşdırılması, sərhəd bölgəsində sərhəd mühafizəsinin yaradılmasının başa çatdırılması da var idi.
  • Yazılıb
  • da (də) 2023 Oct 07
  • Göndərən رضا رستمی