İslami Cihad Hərəkatının hərbi qolu olan Qüds Batalyonlarının mətbuat katibi Səraya əl-Qüds döyüşçülərinin HƏMAS döyüşçüləri ilə birlikdə “Əl-Əqsa Tufanı” döyüşünə girdiyini açıqlayıb.
arannews:irna- bu gün (şənbə günü) Fələstinin “Şahab” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Qəssam Batalyonlarının komandiri sionist işğalçılara qarşı sarsıdıcı və hərtərəfli əməliyyata başladığını elan etdikdən sonra Fələstin İslami Cihad Hərəkatının hərbi qolu da hərəkətə keçib.
Fələstin İslami Cihad Hərəkatının hərbi qolu olan Qüds Batalyonlarının sözçüsü Əbu Həmzə bildirib: “Səraya əl-Qüdsdəki döyüşçülərimiz də bu (anti-sionist) döyüşün bir hissəsidir və HƏMAS qardaşları ilə birlikdə qələbəyə qədər çiyin-çiyinə vuruşacaqlar.”
Sionist rejimin işğal olunmuş ərazilərdə fələstinlilərə və müsəlmanların müqəddəs məkanlarına qarşı davam edən cinayətlərinin ardınca, bu gün Fələstin müqavimət qüvvələri havadan, qurudan və dənizdən işğal olunmuş ərazilərdə sionist işğalçılara qarşı hərtərəfli və mürəkkəb əməliyyata başlayıblar, cəmi 20 dəqiqə ərzində sionistlərin işğal olunmuş ərazilərdəki mövqelərinə 5 min raket atılıb, müqavimət qüvvələrinə aid pilotsuz təyyarələri də bir neçə sionist mövqelərini vurub.
Bir sıra müqavimət komandoları da paraplanlardan istifadə etməklə işğal olunmuş ərazilərin bəzi bölgələrinə eniş edib və sionist düşmənlə döyüşə giriblər.
Fələstin müqavimət hərəkatının işğal olunmuş ərazilərdəki hərtərəfli əməliyyatları nəticəsində indiyədək bir neçə sionist hərbçi məhv edilib və ya yaralanıb.