Tarix : 2023 Oct 08
Kod 64041

İran İslam Respublikası və Türkiyə xarici işlər nazirləri arasındakı telefon danışığında Fələstindəki hadisələr müzakirə olunub

Ölkəmizin Xarici İşlər naziri doktor Əmir Abdullahiyan və Türkiyə Respublikasının Xarici İşlər naziri Hakan Fidan 7 oktyabr, şənbə günü axşam saatlarında telefon danışığında Fələstində baş verənləri müzakirə ediblər.
arannews:irna-Tərəflər Fələstində baş verən son hadisələri qiymətləndirərkən Fələstin xalqının hüquqlarına hörmət edilməsinin vacibliyini vurğuladılar.

Doktor Əmir Abdullahiyan bu danışıqda müqavimətin hərəkətini təbii və sionist rejimin Fələstinə qarşı davamlı cinayətlərinin nəticəsi adlandırıb.

Ölkəmizin Xarici İşlər naziri müqəddəs Qüdsün himayə olunması, məzlum və mübariz Fələstin xalqının dəstəklənməsi istiqamətində İslam ölkələrinin həmrəylik və birliklərinin zəruriliyini vurğulayıb.

  • Yazılıb
  • da (də) 2023 Oct 08
  • Göndərən رضا رستمی