Prezident Fələstin müqavimətinin qələbəsi münasibətilə ünvanladığı müraciətdə müharibə qızışdırmağı sionistlər üçün zərərli adlandırıb və müsəlman hökumətlərini Fələstin xalqını sadiqanə dəstəkləmək üçün müsəlman ümmətinə qoşulmağa çağırıb.
arannews:irna-Ayətullah Seyid İbrahim Rəisi bazar günü Fələstin müqavimətinin qələbələri münasibəti ilə müraciətində yazıb: “Və sonda məzlum bir xalqın ahı zalımlara qarşı tufana çevrildi. İlahi zəfər günəşi yenidən Fələstindən doğdu, möminlərin qəlbini sevindirdi, dünyanın azad insanlarını başıuca, zalımları isə zəlil etdi. Allahın və Onun bütün saleh və azad bəndələrinin salam və bərəkəti olsun, tarix yazan bir addımla zülm dünyasını sarsıdan və heyrətə gətirən mübariz və cəsur Fələstin xalqına!”
Prezident əlavə edib: “Salam olsun müqavimətə və onun bütün igidlərinə ki, təcavüzkar sionist rejimin əsarət kölgəsi altında yaşamaq illüziyasını tamamilə atdı və sonra təşəbbüsü ələ keçirməklə sübut etdi ki, kökü Allaha inam və xalqına arxalanmaq olan polad iradə bütün texnika və silahlara qalib gəlir.”
Ayətullah Rəisi İran İslam Respublikasının bütün dünyanı məzlum Fələstin xalqının üzərinə zülm və haqsızlıqların yığılması, qadın və məhbuslara qarşı təhqir və hörmətsizliklərin davam etməsi, Qüds və müsəlmanların ilk qibləsinin təhqir olunmasının daimi deyil və xalqların müqaviməti ilə üzləşməsi həqiqətini müşahidə etməyə çağırdığını vurğulayaraq yazıb: “Şübhəsiz ki, sionist rejim və onun havadarları region xalqlarının əmin-amanlığını təhlükəyə atmaqda məsuliyyət daşıyırlar və buna görə cavab verməlidirlər. İslam Respublikası Fələstin xalqının qanuni müdafiəsini dəstəkləyir və qəti şəkildə inanır ki, Uca Allahın Quranda buyurduğu kimi: “Həqiqətən, izzət Allaha, Onun Peyğəmbərinə və möminlərə məxsusdur”. İzzət imandan, müqavimət də vəhdətdən qaynaqlanır. Xalqın izzəti zülmlə barışmaqla əldə olunmur. Azad Fələstin xalqının əsarətini normallaşdırmaq mümkün deyil.”
Prezident müsəlman hökumətlərini Fələstin xalqını sadiqanə dəstəkləmək üçün İslam ümmətinə qoşulmağa çağırıb.
Ayətullah Rəisi müharibə qızışdırmağın sionistlər üçün zərərli olduğunu vurğulayaraq bildirib: “Sionist düşmən də bilməlidir ki, balans dəyişib; müharibə iddiası etmək onun üçün zərərlidir. Fələstin xalqı bu meydanın qalibidir.”
Prezident əlavə edib: “Fələstin, Livan və Suriyadan İraq, Əfqanıstan və Yəmənə qədər müqavimətə salam olsun! Qəhrəman və müqavimətçi Qəzzəyə salam olsun! HƏMAS, Cihad və bütün müqavimət qruplarına salam olsun! Fələstinin cəsur və qeyrətli gənclərinə salam olsun! Xalqları müqavimət yoluna hidayət edən və dəstəkləyən İmam Xomeyni və İmam Xameneiyə salam olsun! Müqavimət şəhidlərinə və əziz şəhid Hacı Qasim Süleymaniyə salam olsun!”