ran İslam Respublikası və Sudan Respublikası iki tərəfin yüksək rəsmiləri arasında son aylardakı təmaslardan sonra iki ölkənin mənafeyinə xidmət etmək istiqamətində diplomatik əlaqələrini bərpa etmək qərarına gəliblər.
arannews:irnai-bazar ertəsi Xarici İşlər Nazirliyi İran və Sudan arasında 9 oktyabr 2023-cü ildə razılaşdırılmış diplomatik əlaqələrin bərpasına dair birgə bəyanatda bildirib: “İran İslam Respublikası və Sudan Respublikası iki tərəfin yüksək vəzifəli rəsmiləri arasında son aylardakı təmaslardan sonra iki ölkənin mənafeyinə xidmət etmək istiqamətində diplomatik əlaqələrini bərpa etmək qərarına gəliblər.”
Xarici İşlər Nazirliyi əlavə edib: “Hər iki hökumət suverenliyə, bərabərliyə, ümumi maraqlara və dinc yanaşı yaşamaya qarşılıqlı hörmət əsasında aralarında dostluq münasibətlərini inkişaf etdirmək barədə razılığa gəliblər.”
Bəyanatda qeyd olunur ki, tərəflər iki ölkə xalqlarının maraqlarını həyata keçirə biləcək və regionun təhlükəsizliyini və sabitliyini təmin edə biləcək müxtəlif sahələrdə əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.
XİN-nin bəyanatına əsasən, tərəflər yaxın vaxtlarda iki ölkənin səfirliklərinin açılması üçün lazımi tədbirlərin görülməsi və iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi yollarının araşdırılması məqsədilə rəsmi nümayəndə heyətlərinin mübadiləsi üçün lazımi tədbirlərin görülməsi barədə razılığa gəliblər.