Fələstin müqavimət cəbhəsinin sionist rejimə qarşı əməliyyatının ardınca, Fələstin meydanında ən yeni divar rəsminin “Səcdə” surəsinin 22-ci ayəsinin bir hissəsinin yer alması ilə açılışı olub.
arannews:irna-Fələstin müqavimət qüvvələrinin sionist rejimə qarşı əməliyyatının ardınca, bu gün (9 oktyabr) bir daha Fələstin meydanında “Səcdə” surəsinin 22-ci ayəsinin: “Şübhəsiz ki, Biz günahkarlardan intiqam alacağıq” hissəsi də yer almış divar rəsminin təqdimatı olub.
Məscidül-Əqsanın günbəzinin dizaynı olan bu divar rəsminin üzərində bu günlərdə sosial şəbəkələrdə ən çox istifadə edilən “Əl-Əqsa Tufanı” cümləsi həm ərəb, həm də ingilis dillərində yazılıb.
Bundan əvvəl, şənbə günü Fələstin müqavimət qüvvələrinin əməliyyatının başlaması ilə eyni vaxtda, Fələstin meydanında üzərində ərəbcə “Böyük azadlıq əməliyyatı başladı” cümləsi olan divar rəsmi 7 oktyabrda təqdim olunmuşdu.