Tarix : 2023 Oct 11
Kod 64055

Əmir Abdullahiyan Fələstin xalqının işğal və təcavüzə qarşı qanuni müdafiə haqqını vurğulayıb

Xarici İşlər naziri BMT Baş katibinə ünvanladığı məktubda işğalçı İsrail rejiminin törətdiyi təcavüz və vəhşicəsinə cinayətlərdən narahatlığını ifadə edib, Fələstin xalqının istənilən işğal və təcavüzə qarşı qanuni müdafiə hüququnu vurğulayıb.
arannews:irna- çərşənbə axşamı BMT Baş katibinə ünvanladığı məktubda Hüseyn Əmir Abdullahiyan işğalçı İsrail rejiminin işğal olunmuş Fələstin torpaqlarında törətdiyi vəhşilik və vəhşicəsinə cinayətlərdən dərin narahatlığını ifadə edib.
Xarici İşlər naziri bu məktubda işğalçı rejimin Fələstin xalqına qarşı cinayətlərini, ABŞ və qərbin bu rejimə dəstəyini xatırladaraq, Fələstin xalqının istənilən işğal və təcavüzə qarşı qanuni müdafiə hüququnu vurğulayıb.

Əmir Abdullahiyan bu məktubda həmçinin Qəzzada baş verən humanitar faciə ilə bağlı şəxsən Baş katib və BMT-nin məsuliyyətlərini xatırladıb və sionist rejimin kor-koranə qisasına qarşı xəbərdarlıq edib.

Xarici İşlər naziri daha sonra Baş katibi işğal olunmuş Fələstin ərazilərində, xüsusilə də Qəzza zolağında beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq və insan haqlarının kobud şəkildə pozulmasının, ağır cinayətlərin, əsasən də müharibə cinayətləri və soyqırımların törədilməsinin qarşısını almaq üçün mümkün qədər tez lazımi tədbirlər görməyə çağırıb.

 

  • Yazılıb
  • da (də) 2023 Oct 11
  • Göndərən رضا رستمی