Tarix : 2023 Oct 11
Kod 64056

Əliyev: İran ərazisi vasitəsilə Naxçıvana yol çəkilməsi üçün razılıq əldə olunub

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Şuşa şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına müraciətində İran İslam Respublikası ilə Naxçıvan Muxtar Respublikasını Azərbaycan ərazisilə birləşdirəcək avtomobil və dəmir yolu xəttinin çəkilməsi ilə bağlı razılıq əldə olunduğunu açıqlayıb.
 

 

arannews:irna-Əliyev bu müraciətində ölkəsinin Ermənistanla 3+3 formatında sülhə hazır olduğunu da bəyan edib.
Azərbaycan Respublikası Prezidenti ölkəsinin tranzit imkanlarına da toxunaraq deyib: “İran İslam Respublikasının ərazisi vasitəsilə Naxçıvan Muxtar Respublikasına çıxış imkanı yaradacaq avtomobil və dəmir yolunun çəkilməsi barədə bu ölkə ilə razılıq əldə olunmuşdur. Azərbaycan, eyni zamanda, Şimal-Cənub Nəqliyyat Dəhlizinin ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi üzərində fəal çalışır.”
  • Yazılıb
  • da (də) 2023 Oct 11
  • Göndərən رضا رستمی