Tarix : 2023 Oct 12
Kod 64061

Sionist rejimin tərkibində ağ fosfor olan bombalardan istifadə etməklə müharibə cinayəti

“Əl-Məyaden” telekanalının məlumatına görə, çərşənbə axşamı sionist rejim ordusu Qəzza zolağında əl-Kəramə bölgəsinə hücum zamanı tərkibində ağ fosfor olan bombalardan istifadə etmişdir.
arannews:irna-Çərşənbə axşamı sionist rejim ordusu Qəzza zolağında əl-Kəramə bölgəsinə hücum zamanı tərkibində ağ fosfor olan bombalardan istifadə etmişdir.

Ağ fosforun yanma temperaturu 800-2500 dərəcə selsi təşkil edir, dəri və paltar da daxil olmaqla müxtəlif səthlərə yapışdığı üçün bu yanan maddənin söndürülməsi çətinləşir.

Ağ fosfor sümüklərdə dərin yanıqlara səbəb ola bilər və bu maddənin bədən toxumalarında qalıqları ilkin müalicədən sonra yenidən alovlana bilər.

Adətən tibbi resursları məhdud olan hadisə yerindəki həkimlərin də vaxtında və tam yardım göstərə bilməsi çətindir. Hətta yanıqlardan sağ çıxan insanlar da ağ fosforun zəhərlənməsindən ölürlər.

Bu maddənin alışdırıcı silahlarda istifadəsi beynəlxalq qanunlar əsasında qadağandır.

Lakin sionist rejim BMT və onun qərbli havadarlarının sükutu sayəsində Qəzzə xalqına qarşı tərkibində ağ fosfor olan bombalardan istifadə edir.

  • Yazılıb
  • da (də) 2023 Oct 12
  • Göndərən رضا رستمی