İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin işğal altındakı Fələstindəki hadisələr və qondarma sionist rejiminin Bakıdakı səfirinin ittihamları ilə bağlı bəyanatı
arannews:irna-“Əl -Əqsa fırtınası " Fələstinin məzlum və çarəsiz xalqının ən azı 75 il davam edən işğal, təcavüz, cinayət, talan və uşaq qətlinə təbii reaksiyasıdır və inşallah sionist rejimin məhvi və bütün işğal olunmuş Fələstin torpaqlarının azad edilməsinin başlanğıcı olacaq.
Oktyabrın 7-də (15 mehr) antiterror və işğala qarşı əməliyyat Fələstinin müqəddəs torpaqlarının əsil sahiblərinin müdafiə, qanuni və ədalətli əməliyyatı olub, Qüds-Şərifin Allahın köməyi və Fələstinli gənclərin qeyrəti ilə azad edilməsi ilə başa çatacaq, çünki dünyanın hər yerində bütün təcavüzkarların və işğalçıların labüd taleyi məhvə düçar olmaqdır.
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi qondarma sionist rejimin səfirinin absurd bəyanatlarını və əsassız ittihamlarını rədd edərək və pisləyərək, Fələstinli gənclərin və müqavimət döyüşçülərinin qanuni və ədalətli müdafiəsini, Fələstinlilərin xarici müdaxilə olmadan strateji zəka və inqilabi və müqavimət ruhunun nəticəsi hesab edir və əmindir ki, sionist rejimi mütləq Fələstinli gənclər tərəfindən vaxtından əvvəl məhvə düçar olacaqdır ...
إِنَّهُمْ يَرَوْنَهُ بَعِيداً وَ نَرَاهُ قَرِيباً.