Tarix : 2023 Oct 14
Kod 64067

Neft naziri: İranın quruda ən böyük qaz yatağı Fars əyalətinin Lamird şəhərində kəşf edilib

Neft naziri deyib: Ölkənin ən böyük quru qaz yatağı Fars əyalətinin Lamird şəhərində 22 trilyon kubfut qaz həcmində kəşf edilib.
arannews:irna-Cavad Oci cümə günü axşam prezidentin əyalətlərə səfərinin ikinci dövrəsi çərçivəsində, səfərin ikinci günündə keçirilən Şirazda Fars Əyalətinin İnzibati Şurasının iclasında bildirib: Bu qaz yatağının kəşfi Fars əyalətində böyük bir dəyişikliyə səbəb olacaq ki, bu da indiki hökumətdə baş verdi.
Ocinin sözlərinə görə, Farsın cənubunda yaxşı qaz yataqları var və əyalətdə yataqların işlənməsi də icra edilir.

Neft naziri bu əyalətdə nazirliyin bir çox layihələrinin icra olunduğunu bildirərək qeyd edib: Fars əyalətində 6 milyard dollar dəyərində qaz, neft və neft emalı layihələri icra olunur.

 

  • Yazılıb
  • da (də) 2023 Oct 14
  • Göndərən رضا رستمی