Hüseyn Əmir Abdullahiyan Suriyaya səfəri zamanı bu ölkənin xarici işlər naziri Feysəl Miqdad ilə görüşüb və söhbət edib.
arannews:irna-Əmir Abdullahiyan regional səfərlərinin üçüncü istiqaməti olan bu ölkəyə səfəri zamanı Suriyanın yüksək səlahiyyətli rəsmiləri ilə Fələstin məsələsi ilə bağlı məsləhətləşib.
Əmir Abdullahiyan bu görüşdə deyib: Biz bu gün bölgədəki hadisələri və Fələstin xalqına dəstək üçün iki tərəf arasında əməkdaşlığı müzakirə etmək üçün Dəməşqdəyik.
Ölkəmizin xarici işlər naziri qeyd edib: Suriya müqavimətin ön cəbhəsində dayanan əsas ölkələrdən biri olan Fələstin xalqına dəstək olaraq İslam və ərəb humanitar missiyasını yerinə yetirib.