Tarix : 2023 Oct 16
Kod 64075

Əmir Abdullahiyan və Həniyyə Qətərdə görüşüb - İran Fələstini dəstəkləməkdə heç vaxt öz prinsiplərindən əl çəkməyəcək

İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan şənbə günü axşam saatlarında Dohada HƏMAS Siyasi Ofisinin rəhbəri İsmayıl Həniyyə və bu hərəkatın bir sıra liderləri ilə görüşüb, Fələstin və Qəzzadakı son hadisələri müzakirə edib.
 

 

arannews:irna-bu, Həniyyənin Əl-Əqsa Tufanı əməliyyatının qələbəsindən sonra ölkəmizin hökumət səlahiyyətliləri ilə ilk rəsmi görüşüdür.
İran Xarici İşlər naziri bu görüşdə Fələstin məsələsinin əvvəlki kimi İslam dünyasının ən mühüm məsələsi olduğuna işarə edərək deyib: “Fələstini dəstəkləmək dini, insani və əxlaqi məsuliyyətdir. Bu gün bütün müsəlmanlar, möminlər və azad insanlar hər zamankından daha çox Fələstin və onun məzlum xalqının yanında olmalıdırlar.”

Fələstin xalqının müqavimətinin qələbələrini təbrik edən Əmir Abdullahiyan əlavə edib: “Sionistlərin Qəzzə əhalisinə qarşı törətdiyi müharibə cinayətlərinin həcmi yüksəkdir və bunun səbəbi onların Fələstin xalqından görünməmiş bir zərbə almasıdır.”

HƏMAS Siyasi Ofisinin rəhbəri İsmayıl Həniyyə də İslam İnqilabının Ali Rəhbəri, Prezident və İran xalqına salamlarını çatdırıb və İran İslam Respublikasına Fələstinə verdiyi dəstəyə görə təşəkkür edərək deyib: “İslam Əməkdaşlıq Təşkilatının yüksək vəzifəli şəxslərinin iclasının keçirilməsi çox vacibdir və biz İslam dünyasının Fələstin xalqına güclü dəstəyini gözləyirik.”

Həniyyə bildirib: “Əl-Əqsa əməliyyatı sionist rejimə strateji zərbə vurdu və məğlubiyyətə uğratdı. Onların Qəzzada törətdikləri qətllər və cinayətlər onların acizliyini və özlərini itirdiklərini göstərir, müharibə cinayətlərinə, vəhşi və kor-koranə qətllərə, evlərin, məscidlərin, xəstəxanaların və ictimai yerlərin dağıdılmasına baxmayaraq, Fələstin müqaviməti qüdrətli və güclüdür.”
  • Yazılıb
  • da (də) 2023 Oct 16
  • Göndərən رضا رستمی