Tarix : 2023 Oct 17
Kod 64078

Əbu Şərif: Qsionistəzza əsla təslim olmayacaq - Sionist rejimin cinayətlərinə İslam dünyasının qəzəbi

İslami Cihad Hərəkatının İrandakı nümayəndəsi müqavimət qruplarının zərbələrindən sonrakı təkanların uzun müddət sionist rejimi təqib edəcəyini bildirərək deyib: “Qəzzada baş verənlər bütün dünya insanlarının gözü önündə baş verən kütləvi soyqırımdır, lakin Qəzza təslim olmayacaq. Müqavimət sionist qəsəbələrə raket zərbələri endirməkdə davam edir.”

 

arannews:irna-İslami Cihad Hərəkatının təmsilçisi Nasir Əbu Şərif “İRNA” müxbirinə müsahibəsində son hadisələrdə və sionist rejimin düçar olduğu məğlubiyyətlərdə bu hərəkatın roluna toxunub və İslami Cihad Hərəkatının “Əl-Əqsa Tufanı” əməliyyatının başladığı gündən bütün gücü iştirak etdiyini vurğulayaraq deyib: “Əməliyyat ilk olaraq Qəssam Briqadaları tərəfindən planlaşdırılaraq həyata keçirilsə də, bundan dərhal sonra əməliyyata qoşuldu, lazım olan cihad, siyasi və media vəzifələrini yerinə yetirdi, həmçinin hazırlıq baxımından çox yüksək səviyyədədir, Qəssam Briqadaları və digər müqavimət qüvvələri ilə birlikdə, bu əməliyyatda effektiv iştirak edir.”
Əbu Şərif sionist rejimin son müharibədə özünü məzlum göstərməyə çalışmasını Fələstin xalqına qarşı kütləvi soyqırım həyata keçirmək üçün müharibəyə başlamaq məqsədi ilə olduğunu bildirərək deyib: “Bu soyqırım ABŞ və Qərb ölkələrinin dəstəyi və yaşıl işığı ilə həyata keçirilir və əsas məqsəd Qəzzanı dağıtmaq və orada müqaviməti zəiflətməkdir.”
  • Yazılıb
  • da (də) 2023 Oct 17
  • Göndərən رضا رستمی