Tarix : 2023 Oct 20
Kod 64087

Haniyə: Sionist rejimin cinayəti bu vəhşi nasizm düşməninin mahiyyətini bir daha sübut etdi

HƏMAS-ın siyasi ofisinin rəhbəri İsmayıl Həniyə cümə axşamı gecəsi deyib: Sionist rejimin cinayətləri bu nasizm düşməninin, vəhşi-qatilin mahiyyətini bir daha sübut etdi.
 

 

arannews:irna-Qətərin “Əl-Cəzirə” kanalına istinadən verdiyi məlumata görə, Haniyə vurğulayıb: Bu gün dünya Fələstin xalqının müxtəlif təbəqələrinin Qəzzadakı əfsanəvi müqaviməti və duruşunu, habelə müqavimətin əldə etdiklərini izləyir.
HƏMAS-ın siyasi ofisinin rəhbəri bəyan edib: Biz hamıya xəbərdarlıq etdik ki, bu müharibə davam edərsə, regional müharibəyə səbəb ola bilər.

Haniyə əlavə edib: Düşmənin Qəzza xalqına qarşı cinayətlərinin davam etməsi Fələstin və regiondakı bütün balansları pozacaq.

O, dedi: Sionistlərin vəhşiliyi və cinayətlərinə baxmayaraq, Fələstin müqaviməti bu döyüşdə təşəbbüsə malikdir.
  • Yazılıb
  • da (də) 2023 Oct 20
  • Göndərən رضا رستمی