Tarix : 2023 Oct 20
Kod 64089

General-mayor Baqiri: Ölkələr ABŞ bazalarından işğal olunmuş ərazilərə silah ötürülməsinin qarşısını alsınlar

Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri Rusiyanın Müdafiə naziri, general Sergey Şoyqu ilə telefon danışığında Fələstin müqavimət qüvvələrinin hərəkətinin qanuni müdafiə və işğala qarşı durmaq hüququ çərçivəsində və Fələstin xalqına qarşı 70 ildən çox zülm və qəddarlığın, həmçinin son vaxtlar Məscidül-Əqsa və Fələstin xalqına qarşı amansız davranışların nəticəsi olduğunu bildirərək deyib: “Biz mülki şəxslərə qarşı genişmiqyaslı və qəddar böhranların davam etməsindən dərin narahatıq, belə vəhşi davranış dözülməz olacaq və müstəqil hökumətlər buna ciddi reaksiya verməlidir.
 

 

arannews:irna-Rusiyanın müdafiə naziri də ölkəsinin atəşkəs rejiminin yaradılması və mülki şəxslərə zərər vurmasının qarşısının alınmasının zəruriliyi ilə bağlı mövqeyinin aydın olduğunu bəyan edərək deyib: “Bu işdə Rusiyanın Təhlükəsizlik Şurasındakı təşəbbüsü bəzi qərb ölkələrinin müxalifəti səbəbindən nəticəsiz qaldı.”
Eyni çərçivədə general-mayor Baqiri Qətər Müdafiə naziri Xalid bin Məhəmməd əl-Ətiyyə ilə müzakirə və məsləhətləşmələr aparıb.

Silahlı Qüvvələrin Baş Qərargah rəisi Fələstin müqavimət qruplarının özünümüdafiə üçün hərəkətini qanuni adlandırıb, fələstinli mübarizlərin son hərəkətini sionist rejimin Fələstin xalqına qarşı zülmünə, Məscidül-Əqsada müsəlmanların müqəddəslərinə qarşı etdiyi hörmətsizliklərə və fələstinlilərin namusuna qarşı təcavüzlərə cavab hesab edərək deyib: “Bu cinayətləri görən müsəlmanlar susa bilməzlər və bu vəhşiliklər davam edəcəyi surətdə müqavimət qruplarının hər hansı reaksiya verməsi ehtimalı var.”

General-mayor Baqiri sionist rejimin cinayətkar əməliyyatlarına rəhbərlik edilməsində Amerikanın roluna toxunaraq, ölkələri regiondakı Amerika bazalarından işğal olunmuş ərazilərə silah və texnika ötürməsinin qarşısını almağa çağırıb.
  • Yazılıb
  • da (də) 2023 Oct 20
  • Göndərən رضا رستمی