Tarix : 2023 Oct 21
Kod 64095

Ərdəbilin cümə imamı: İsrail dünyanın ən böyük cinayətkarlarının üzünü ağ etdi

Fəqihin Ərdəbil vilayəti üzrə nümayəndəsi və şəhərin cümə imamı deyib: İsrail öz cinayətləri ilə dünya və tarixin bütün böyük cinayətkarlarının üzünü ağ etdi və bu, İsrail və onun Qərb və Avropadakı tərəfdarları və yəhudi dini üçün böyük bir məğlubiyyətdir.

 

arannews:irna-Ərdəbilin cümə imamı əl-Məmədani xəstəxanasına hücum hadisəsinin bəşəriyyətin belini qırdığını, dünyanın azad insanlarının gözlərini yaşartdığını və qəlblərini yaraladığını vurğulayaraq dedi: İsrail onlarla Amerika və Avropa peykləri ilə Qəzzanı izləyir və harada böyük əhali toplantısı görürsə, oranı yerlə-yeksan edir.
O, əlavə etdi: İsrail bu yaxınlarda hiyləgər bir hərəkətlə bu xəstəxananın təhlükəsiz olduğunu elan etdi, nəticədə minlərlə ailə uşaqları ilə xəstəxananın ərazisinə toplandı, sonra o faciəli hadisə baş verdi. Bütün Qəzzada hələ də 1300 cəsəd dağıntılar altındadır. Bu 1300 nəfərin valideynləri Qəzza hökumətinə müraciət edib və bu 1300 nəfərin 600-ü uşaqdır.

Ayətullah Amili həmçinin Braziliyanın atəşkəs üçün təklif etdiyi son qətnaməyə ABŞ-ın veto qoymasına işarə edərək dedi: Atəşkəsin bərpası ilə bağlı Təhlükəsizlik Şurasının qətnaməsini veto etmələri onların müsəlmanlar üzərindəki son zəhəri idi. Bu, İsrailə yaşıl işıq yandırdılar ki, bacardığınız qədər müsəlman öldürün. Amerika müsəlmanların qanının tökülməsinin hərisidir.

O, Qərb media imperiyasının bu böyük sınaqda uğursuzluğa düçar olduğunu və neytral medianı qorxutduğunu bildirərək, dedi: Qərb mediası cinayətləri nəinki xəbər vermədi, hətta, bunun əksini etdi və Qəzza xalqını və HƏMAS-ı cinayətkar göstərməyə çalışdı. Hətta, kiber məkanda Qəzzanı azacəq da olsa dəstəkləyən istənilən jurnalist dərhal işindən uzaqlaşdırıldı və bu, jurnalistə verilən ən son cəzadır.
  • Yazılıb
  • da (də) 2023 Oct 21
  • Göndərən رضا رستمی