Tarix : 2023 Oct 24
Kod 64106

3+3 formatının xarici işlər nazirləri tanınmış beynəlxalq sərhədlərin toxunulmazlığını vurğulayırlar

3+3 formatında regional iclasının yekun birgə bəyanatında, xarici işlər nazirləri münaqişələrin BMT Nizamnaməsi əsasında sülh yolu ilə həlli, suverenliyə, siyasi müstəqilliyə, ərazi bütövlüyünə hörmət, tanınmış beynəlxalq sərhədlərin toxunulmazlığı, daxili işlərə müdaxilə etməmək, təhdid və ya güc tətbiqinin qadağan edilməsi və insan haqlarına hörmətlə yanaşmağın vacibliyini vurğulayıblar.
 
 
 

 

arannews:irna-Tehranda keçirilən ikinci 3+3 regional iclasının Bəyanatının tam mətni belədir:
İran İslam Respublikasının Xarici İşlər naziri cənab Hüseyn Əmir Abdullahianın dəvəti və Ermənistan Respublikasının Xarici İşlər naziri cənab Ararat Mirzoyanın, Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramovun, Rusiya Federasiyasının Xarici İşlər naziri cənab Sergey Lavrovun və Türkiyə Respublikasının Xarici İşlər naziri cənab Hakan Fidanın iştirakı ilə “3+3” məsləhətçi-regional platformasının ikinci iclası hicri-şəmsi təqvimi ilə 1402-ci il aban ayının 1-i, miladi təqvimi ilə 23 oktyabr 2023-cü ildə Tehranda keçirilmişdir. Xarici işlər nazirləri:

1) Qarşılıqlı maraqlara və mehriban qonşuluğa əsaslanan ölkələr arasında dostluq münasibətlərinin inkişaf etdirilməsinin vacibliyini nəzərə alaraq, bu baxımdan mübahisələrin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, suverenliyə, siyasi müstəqilliyə, ərazi bütövlüyünə hörmət və sülh yolu ilə həllinin vacibliyi barədə tanınmış beynəlxalq sərhədlərin toxunulmazlığı, daxili işlərə qarışmamaq, hədə-qorxu və ya zor tətbiq etməmək və insan hüquqlarına hörmətlə yanaşmanı vurğulamışlar.

2) Müxtəlif beynəlxalq problemlərə dair fikirlərini bildirərkən, regionun ən mühüm məsələlərini araşdırmalı və konstruktiv dialoq imkanlarının təmin edilməsində və bu kontekstdə əsas rol oynayan region ölkələri arasında qarşılıqlı faydalı əməkdaşlığın qurulmasında “3+3” məsləhətçi-regional platforması kimi platformaların əhəmiyyətini vurğuladılar.

3) Qarşılıqlı etimadın, xalqların rifahının və regionun sabitliyinin möhkəmləndirilməsində iqtisadi əməkdaşlığın müsbət rolunu vurğuladılar.

4) Mədəniyyət sahəsində əməkdaşlıq, ictimaiyyətlə əlaqələr və təhsil, elm, turizm, mədəniyyət və idman sahələrində birgə layihələrin həyata keçirilməsinin vacibliyini vurğuladılar.

5) Davamlı sülhün yaradılması və regionun iqtisadi inkişafı üçün ikitərəfli və çoxtərəfli məsləhətləşmələri və qarşılıqlı əlaqələri gücləndirəcəklər.

6) Regionun bütün ölkələri arasında mövcud münasibətlərin normallaşması və inkişafı prosesləri alqışlandı.

7) Bu görüşün nəticələrini müsbət qiymətləndirməklə yanaşı, onlar bu platformada Gürcüstanın da bərabərhüquqlu iştirakı üçün açıq olduğunu bir daha vurğuladılar.

8) Qəzzadakı vəziyyəti də müzakirə etdilər. Onlar günahsız mülki şəxslərin hədəfə alınmasının dərhal dayandırılmasının vacibliyini vurğulayıblar.

9) Ermənistan Respublikası, Azərbaycan Respublikası, Türkiyə Respublikası və Rusiya Federasiyasının Xarici İşlər nazirləri İran İslam Respublikasının Xarici İşlər nazirinə bu görüşə layiqincə ev sahibliyi etməsinə və uğurlu keçirilməsinə görə təşəkkür etdilər.

Regionda etimad və əməkdaşlıq mühitinin genişləndirilməsi və möhkəmləndirilməsi istiqamətində “3+3” məsləhətçi-regional platformasının mütəmadi görüşlərini dəyərləndirərək, növbəti görüşün diplomatik kanallar vasitəsilə razılaşdırılacaq tarixdə Türkiyə Respublikasında keçirilməsi barədə razılığa gəliblər.

Tehran, hicri-şəmsi təqvimi ilə 1 aban 1402-ci il, miladi təqvimi ilə 23 oktyabr 2023-cü il.
  • Yazılıb
  • da (də) 2023 Oct 24
  • Göndərən رضا رستمی