Tarix : 2023 Oct 24
Kod 64110

İran İslam Respublikasında 840-dan çox dünyanın ən çox istinad olunan 1%-lik alimi və 1900-dən çox ən çox istinad olunan 2%-lik alimi var

Bununla bağlı Elm, Tədqiqat və Texnologiya naziri Məhəmməd Əli Zülfigül deyib: Bu gün bizim 840-dan çox ən çox istinad olunan beynəlxalq bir faizlik alimimiz var ki, onlar elmi istinadların sayına görə öz sahələrində dünyada birinci faizliklər sırasındadırlar.
Aran News-un məlumatına görə, Zülfigül deyib: Bizim 1900-dən çox beynəlxalq ən çox istinad olunan 2 %-lik alimimiz var ki, onlar ən yaxşı alimlər sırasındadırlar. Halbuki, 2003-cü ilə qədər bizdə heç bir nəfər də ən çox istinad olunan 1 %-lik alim yox idi və ya onların sayı çox məhdud, cəmi 3-4 nəfər idilər. Bu onu göstərir ki, bizim təcrübəli sələflərimizin ali təhsil ocağında yürütdüyü siyasət düzgün siyasət olub.
 
"Stenford Universiteti Siyahısı"nın son yeniləməsi də 2023-cü ilin oktyabrında dərc edilib. Bu siyahı 1960-cı ildən 2022-ci ilə qədər olan dövrdə müəlliflərin nəşr etdikləri tədqiqat nəticələrinə görə, beş əsas mövzu, 22 ikinci dərəcəli mövzu və 174 elm sahəsində istinad göstəricilərini təhlil edir və bunun əsasında dünyanın ən çox istinad olunan ilk iki faizlik ən çox istinad edilən tədqiqatçılar sırasında olan müəllifləri təqdim edib.
 
Bundan əlavə, Stanford Universiteti Siyahısı başqa bir versiya da dərc edib ki, burada dünyanın ən çox istinad edilən tədqiqatçılarının ilk iki faizinin təhlil edilən istinadların müddəti bir illik müddətdə istinadların edilməsindən ibarətdir.
 
2022-ci ildə bir illik istinad göstəricilərinə əsasən, ilk iki faizlik ən çox istinad edilən tədqiqatçılar siyahısında 210,198 beynəlxalq tədqiqatçı arasında İran İslam Respublikasının təşkilati mənsubiyyətinə malik 2138 tədqiqatçı var.
 
Ümumilikdə 204,643 beynəlxalq tədqiqatçı arasında elmi xidmət zamanı istinad göstəricilərinə görə nəşr olunan siyahıya İran İslam Respublikasının təşkilati mənsubiyyətinə malik 869 tədqiqatçı daxil edilib.
 
Səhiyyə və Tibb Təhsili Nazirliyinin təqdim etdiyi statistik məlumatlara görə, İran üzrə Təbriz Tibb Elmləri Universiteti 76 alim sayı ilə 131 alimlə Tehran Tibb Elmləri Universitetindən sonra dünyada ən çox istinad olunan bir faizlik və iki faizlik alimlər arasında ikinci yerdədir. O cümlədən, Elm və Tədqiqat və Texnologiya Nazirliyində 59 alim sayı ilə Təbriz Universiteti 106 alimlə Tehran universitetlərindən və 64 alimlə Elm və Texnologiya Universitetindən sonra üçüncü yeri tutmuşdur ki, bu da dünyanın bir və iki faizlik ən çox istinad olunan alimlərinin ölkə üzrə bütün Şərqi Azərbaycan əyalətində Tehrandan sonra ən çox elm adamı olan ikinci əyalətidir.
 
  • Yazılıb
  • da (də) 2023 Oct 24
  • Göndərən رضا رستمی